Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EPAS

    “EPAS” [rus. Экспериментальный полет “Аполлон” – “Союз” (“Soyuz” – “Apollon” eksperimental uçuşu) sözlәrinin baş hәrflәrindәn] – ABŞ-ın “Apollon” vә keçmiş SSRİ-nin “Soyuz” kosmik gәmilәrinin birgә uçuşu (iyul, 1975). EPAS proqramı kosmik fәzanın tәdqiq edilmәsi üzrә әmәkdaşlıq haqqında SSRİ ilә ABŞ arasındakı sazişә әsaslanırdı (1972). EPAS-ın әsas mәqsәdi: orbitdә yaxınlaşma sistemlәri elementlәrinin vә birlәşdirici aqreqatın sınaqları; kosmonavtların qarşılıqlı qaydada bir gәmidәn digәrinә keçmәsi zamanı texnikanın yoxlanılması; birlәşmiş gәmilәrdә müәyyәn edilmiş işlәrin hәr iki ölkәnin uçuş heyәti tәrәfindәn yerinә yetirilmәsi; birgә uçuş tәcrübәsinin mәnimsәnilmәsi. Bundan başqa, EPAS-ın vәzifәsinә birlәşmiş gәmilәrin sәmtinin idarәsi, gәmilәrarası rabitәnin vә birgә uçuşu idarәetmә mәrkәzlәrinin işinin әlaqәlәndirilmәsi dә daxil idi. 1975 il iyulun 15-dә Baykonur kosmodromundan “Soyuz-19” kosmik gәmisi (kosmonavtlar A.A.Leonov, V.N. Kubasov), Kanaveral burnundakı (Florida ştatı) kosmodromdan “Appollon” kosmik gәmisi (kosmonavtlar T. Stafford, D. Sleyton vә V. Brand) buraxılmışdır. Uçuş әrzindә gәmilәr iki dәfә birlәşmişdir. Gәmilәrin birlәşmiş vәziyyәtdә ümumi uçuş müddәti 46 saat 36 dәq.-dir. EPAS-da uçuş zamanı “süni Günәş tutulması” (Günәş tacının vә kosmik aparatı әhatә edәn qaz atm.-inin tәdqiqinin yeni üsullarının eksperimental yoxlanılması); “ultrabәnövşәyi udulma” (kosmosda atm. oksigeni vә azotunun konsentrasiyasının ölçülmәsi); “zonayaradan göbәlәklәr” (kosmik uçuş amillәrinin – çәkisizliyin, artıq yüklәnmәnin, kosmik şüalanmanın әsas bioloji ritmlәrә tәsirinin öyrәnilmәsi); “mikroblar mübadilәsi” (kosmik uçuş şәraitindә gәmi heyәti arasında vә müxtәlif gәmilәrin heyәtlәri arasında mikroorqanizmlәrlә mübadilә şәraitinin vә xarakterinin tәyin edilmәsi); “universal soba” (metal vә yarımkeçirici materiallarda bәzi metallurji vә kristallokimyәvi proseslәrә çәkisizliyin tәsirinin aydınlaşdırılması) kimi eksperimentlәr aparılmışdır. “Soyuz-19” kosmik gәmisinin ümumi uçuş müddәti 5 sutka 22 saat 31 dәq., “Apollon” kosmik gәmisinin isә 9 sutka 1 saat 28 dәq. olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç