EPİDÁVR (Επίδαυρος) – Peloponnesdә, Saronikos körfәzinin sahilindә qәdim yunan şәhәri (xarabalıqları qalmışdır). E.-ın yaxınlığında çoxsaylı heykәllәrlә (hazırda yerli muzeydә vә Afinada Milli arxeologiya muzeyindә saxlanılır) bәzәdilmiş dorik mәbәdi olan (e.ә. 380 il) Asklepi ibadәtgahı, Abaton (yunan mәbәdindә yasaq yer), Artemida mәbәdi (hәr ikisi e.ә. 360–330 illәrә aiddir); müqәddәs sahәdәn kәnarda stadion, palestra (gimnastika mәktәbi), kataqoti (qonaq evi), teatr (e.ә. 350– 330; memar Kiçik Poliklet) yerlәşir.
Епидаврда антик театр.