DӘŞT-İ NAÜMİD – İran vә Әfqanıstan әrazilәrindә dağәtәyi sәhra; daşlı vә gilli düzәnliklәrdәn ibarәtdir. Sәthi Fәrәhrud çayı vә onun qolları ilә parçalanmışdır. Seyrәk, yovşanlı şoranlıq bitki örtüyü var; saksaul kolluqlarına rast gәlinir. Q. kәnarında, Şәrqi İran d-rı boyu çöllüklәr uzanır. Köçәri heyvandarlıq (qoyun, dәvә) yayılmışdır.