EPİDÁVR ORQANİK STATUTU – 1822 ilin yanvarında Epidavr yaxınlığında Piadu adlı yerdә Xalq Mәclisi tәrәfindәn Yunanıstan milli azadlıq inqilabı (1821–29) gedişindә qәbul olunmuş birinci yunan konstitusiyası. E.o.s. Yunanıstanı müstәqil dövlәt elan edir vә respublika idarәçilik formasını müәyyәnlәşdirirdi. B.Britaniya, Fransa vә Rusiyanın imzaladığı London protokolu (1830) ilә lәğv edilmiş, Yunanıstanda monarxiya idarәçilik üsulu bәrpa olunmuşdu.