EPİDEMİK OCAQ – epidemiologiyada istifadә olunan anlayış; infeksiya törәdicisi mәnbәyinin (xәstәnin vә ya mikrobgәzdirәnin) olduğu vә yoluxucu amili әtrafdakılara yoluxdurma tәhlükәsi olan әrazi. E.o.-ın sәrhәdi infeksiyanın xüsusiyyәtlәri vә xәstәliyin yayılmasına sәbәb olan konkret şәraitlә müәyyәn edilir. Sәpgili yatalaqda E.o. – xәstәnin mәnzili (başqa hallarda – yataqxana, kazarma, yaşayış mәntәqәsi vә s.), onunla görüşәn şәxslәr; üzәrindә yoluxmuş bitlәrin olduğu ehtimal edilәn әşyalar; qızılca zamanı – mәnzil, uşaq müәssisәsi vә s., yәni xәstәnin olduğu yer vә onunla tәmasda olan şәxslәrdir. E.o. tәk-tәk vә çox sayda – kollektivdә (sinif, müәssisә, ev vә s.) bir neçә xәstәlәnmә halının baş vermәsi zamanı müşahidә edilә bilәr. İnfeksiya törәdicisi mәnbәyinin zәrәrsizlәşdirilmәsindәn (mәs., xәstәnin hospitalizasiyasından), x әstә ilә tәmasda olan şәxslәr arasında xәstәliyin (inkubasiya dövrünün maks. müddәti nәzәrә alınmaqla), mikrobgәzdirәnlәrin olmaması müәyyәnlәşdirildikdәn, dezinfeksiya (dezinseksiya, deratizasiya) aparıldıqdan sonar E.o. lәğv edilmiş hesab olunur.