DӘVӘÇİ (2010 ilәdәk Tәzәkәnd) – Azәrb. Resp. Şabran r-nunda kәnd. Dәvәçi ә.d.-nin (Dәvәçi, Qәlәgah, Lәcәdi, Mollakamallı, Sincanboyad k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 2 km şm.-da, Samur-Dәvәçi ovalığındadır. Әh. 1210 (2011); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, kitabxana, mәdәniyyәt evi, tibb mәntәqәsi var.