EPİDEMİOLOJİ MÜAYİNƏ – epidemiologiyanın infeksion xәstәliklәrin başvermә vә yayılma sәbәblәrini, onların lәğv edilmәsinin әn effektiv tәdbirlәrini aşkar etmәk üçün istifadә olunan tibbi tәdbirlәr kompleksi. E.m.-nin vәzifәlәri infeksiya mәnbәyinin (mәnbәlәrinin) vә onun ehtimal olunan yayılma yollarının aşkarlanması, kollektiv immunitetin vәziyyәtinin tәyini, mәnzilin, evin, yaşayış mәntәqәsinin sanitariya vәziyyәtinin qiymәtlәndirilmәsi, xәstәliyin baş vermәsinә vә yayılmasına sәbәb olan sosial, tәbii vә mәişәt amillәrinin müәyyәnlәşdirilmәsi konkret şәraitdә baş verәn xәstәliyin lәğvinә, habelә hәmin epidemik ocaqda (bax Epidemik ocaq) xәstәliyin yayılmasının qarşısının alınmasına dair daha tәsirli tәdbirlәrin seçilmәsindәn ibarәtdir. E.m.-ni hәkimepidemioloq vә ya epidemioloq kömәkçisi –feldşer aparır. Bir sıra hallarda E.m.-yә hәmçinin gigiyenist-mütәxәssislәr (suyun, qida mәhsullarının qiymәtlәndirilmәsi), zooloqlar vә entemoloqlar (tәbii ocaqlı xәstәliklәr olduqda) da cәlb edilә bilәr.
E.m. zamanı yoluxma mәnbәyini tәyin etmәk, xәstә ilә bütün tәmasda olanları aydınlaşdırmaq vә inkubasiya dövrü müddәtindә onların üzәrindә tibbi müşahidә aparmaq әhәmiyyәtlidir. Ocağın yoxlanması vә sanitariya müayinәsi sanitariyamәişәt şәraitinin qiymәtlәndirilmәsinә vә infeksiyanın mümkün ola bilәn yayılma yollarının aşkarlanmasına imkan verir.
E.m. zamanı evdә mәskunlaşma sıxlığı, xәstәlәrin mövcudluğu, әhalinin sanitariya sәviyyәsi, infeksiya keçiricilәrinin olma ehtimalını, zoonoz xәstәlik mәnbәyi sayılan heyvanların, su tәchizatının, ayaqyoluların, çirkab qәbuledicilәrin vә s. vәziyyәtini aydınlaşdırmaq lazımdır. E.m. zamanı aparılan laborator tәdqiqatlar bakteriyagәzdirәnlәrin, yeyinti mәhsullarının, suyun, mәişәt vә mәtbәx avadanlığının mikroorqanizmlәrlә çirklәnmәsinin, zoonoz infeksiyalar zamanı isә heyvanların yoluxuculuğunun aşkar edilmәsinә imkan yaranır. Entomoloji müayinә canlı infeksiya keçiricilәrinin (hәşәratlar vә gәnәlәr) növünü vә yayılmasını, epizootoloji müayinә heyvanlar (vәhşi vә ev heyvanları) arasında epizootiyanın aşkarlanmasını tәmin edir. E.m. apardıqda epidemioloji müayinә kartası doldurulur.