EPİDÉRMİS (epi... + derma) – mәmәlilәrdә dәrinin xarici qatı. Çoxtәbәqәli epiteli törәmәsidir. Qalın dәridә (tüklә örtülmәyәn) E. derma üzәrindә yerlәşәn vә әsasәn, baryer funksiya yerinә yetirәn beş qatdan ibarәtdir: bazal, tikanlı, dәnәvәr, parlaq vә buynuz. Nazik dәridә (tüklә örtülmüş) parlaq qat olmur, dәnәvәr qat kәskin naziklәşir. E. daima yenilәşir. Belә effekt spesifik çevrilmәlәrlә vә keratinositlәrin tәbәqәlәşmәsi gedişindә onların dәrin qatlardan xaricә miqrasiyası ilә әlaqәdardır. Laylanan pulcuqlarla birlikdә dәrinin sәthindәn kimyәvi vә biol. patogen agentlәr dә kәnar edilir. Onda bәzi immunitet komponentlәri dә olur.
Bazal qa t. Normada epidermisin regenerasiya prosesini bazal qat tәmin edir, lakin tikanlı qat zәdәlәndikdә, kambial funksiyanı da öz üzәrinә götürür. Bazal keratinositlәrlә tәmsil olunma desmosomlarla bağlıdır. Onlar bilavasitә polidesmosomlarla әlaqәdar olan bazal membran üzәrindәdir vә nazik dәridә silindr, qalın dәridә oval formasındadır. Bazal qatda ümumi sahәli orqanellәr dәsti, dayaq şәbәkәsini formalaşdıran tonofilamentlәr, tonofibrillәr, habelә melanosomlar var. Melanosomlar ultrabәnövşәyi şüaların tәsirindәn qoruyan melanin qranulalardır, keratinositlәr melanositlәrdәn әmәlә gәlir. Bazal keratinositlәrin bir hissәsi kambi hüceyrәlәridir. Bazal qatda keratonositlәrdәn vә melanositlәrdәn başqa digәr hüceyrәlәr dә olur. Bunlar Langerhans, Merkel, Qrinşteyn, epidermaldaxili T-limfosit hüceyrәlәrdir. Nadir hallarda qranulositlәr vә tosqun hüceyrәlәrә tәsadüf edilir.
Епидермисин гурулушу: 1 – буйнуз гат; 2 – парлаг гат; 3 – дянявяр гат; 4 – тиканлы гат; 5 – базал гат;
6 – дерма; 7 – юлц кератиноситляр; 8 – ъанлы щцъейряляр; 9 – меланосит; 10 – бюлцнян кератиносит
(сцтун щцъейря); 11 – щяссас синир уълары.
Tikanlı qat. On vә daha artıq sırada yerlәşәn tikanlı keratinositlәrdәn әmәlә gәlir. Alt sıralarda Langerhans hüceyrәlәrinә tәsadüf edilir. Tikanlı keratinositlәrdә xarakterik çıxıntılar – “tikanlar” olur vә bunun kömәyilә onlar bir-birinә bağlanırlar. Ümumi sahәli orqanellәrdәn başqa membranla әhatә edilәn, şәklini dәyişmiş lizosomlar – keratinosomlar (Odland qranulaları) vә nüvә әtrafında konsentrik sıxlaşma әmәlә gәtirәn şәklini dәyişmiş tonofibrilyar aparat vardır. Onun funksiyası mexaniki yolla hüceyrә nüvәsini zәdәlәnmәdәn qorumaqdır.
Dәnәvәr qa t. Dәriyә paralel 1–2 sıralı uzanmış hüceyrәlәrdir. Orqanellәrin sayı azalır, sitoplazmada tonofibrillәrlә bağlanmış keratogialin qranulalar olur. Burada, hәmçinin, keratonosomlar var. Qranulaların içindәkilәr dәnәvәr qatın üst sıralarına çıxır vә lövhәşәkilli strukturlar yaranır. Belә strukturlar hidrofobdur vә suyun lazım olan qata keçmәsinә yol vermir. Hәmçinin keratolinin vә filaqrin sintezi başlanır, onların hesabına keratogialin әmәlә gәlmәklә epitelinin sonrakı buynuzlaşması baş verir.
Parlaq qa t. Hüceyrәnin işıq mikroskopiyası zamanı aşkar edilmir vә bu qat açıq-çәhrayı rәngdә homogen zolaq kimi görünür.
Buynuz qa t. Buynuz qat müdafiә funksiyası daşıyır, canlı hüceyrәsi yoxdur. Sitolemlәri interdigitasiyalı birlәşәn ölmüş keratinositlәrdәn – buynuz pulcuqlardan әmәlә gәlir. Buynuz qatın qalınlığı mexaniki gәrginlikdәn asılıdır. Normadan çox patogen agentlәr üçün yaxşı baryerdir. Bәzi mәlumatlara görә tamlığı pozulmayan dәri örtüyü (çatsız, kәsiksiz vә s.) 2000000 Om müqavimәtә malik olur.
Dәrinin birlәşdirici toxuma qatına yaxın yerlәşmiş E. tәbәqәlәrinin hüceyrәlәri silindr vә ya kubşәkillidir, sәthә doğru getdikcә onlar daha da yastılaşır, keratinlәşmәyә mәruz qalır vә altdakı tәbәqәlәr hesabına hәmişә yenilәnәn buynuz tәbәqә yaradırlar. E.-in möhkәmliyi onun hüceyrәlәrindә tonofibrillәr – liflәr yaradan fibrilyar zülalların olması ilә tәmin edilir. E.-in regenerasiyası, әsasәn, böyümә tәbәqәsindә olan hüceyrәlәrin bölünmәsi hesabına baş verir (bax Dәri). Bitkilәrdә E. (epiderma, qabıq) bütün cavan zoğ, çiçәk, meyvә vә toxum orqanlarında ilkin tәktәbәqәli sәthi toxumadır. E. hüceyrәlәri cәdvәl formalı, hüceyrә arakәsmәlәri olmayan, qalınlaşmış xarici divarlı, sәthi kutikula ilә örtülmüş, çox zaman mum bürüncәkli, canlı vә ya ölmüş tükcüklәrlә (günәş şüalarının bir hissәsini әks etdirәn ekran rolunu yerinә yetirir) qapanmış olur. Əsas tәktipli E. hüceyrәlәri arasında yüksәk ixtisaslaşmış elementlәr dә – ağızcıqların qapayıcı hüceyrәlәri; vәzili, hәssas, örtücü tükcüklәr (trixomalar); hidatodlar; motor hüceyrәlәri vә s. formalaşır. Xarici hüceyrә divarının mәsamәlәri vә pektin liflәri vasitәsilә E. su vә qida maddәlәri üçün keçiricidir (bitkinin kökdәnkәnar qidalanması). E. bitkinin daxili toxumalarını qurumaqdan, mexaniki zәdәlәnmәdәn, infeksiyanın daxil olmasından qoruyur, ağızcıqlar sistemi vasitәsilә qaz mübadilәsini vә bitkinin transpirasiyasını tәnzimlәyir. E. hüceyrәlәrindә fitonsid xassәlәrә malik olan qlikozidlәr, aşı maddәlәri vә alkoloidlәr toplanır. Vәzili tükcüklәr efir yağları, qatranlar, seliklәr әmәlә gәtirir. Örtük tellәri bitkinin normal fәaliyyәti üçün lazım olan fitohormonlar, fermentlәr sintez edir.
Əd.: Мирославов Е.А. Структура и фунции епидермиса листа покрытосеменных растений. Л.,1974.