DӘVӘXARABA – İrәvan xanlığının Qırxbulaq mahalında (9.9.1930 ildәn Kotayk, 12.10.1961 ildәn Abovyan r-nu), Zәngi çayının yuxarı axarında, Kotan d.-nın ş. әtәyindә azәrb.-ların yaşadığı kәnd. 19 әsrin ortalarında kәndin azәrb. әhalisi sıxışdırılıb çıxarılmış, burada Türkiyәdәn gәlmә müsәlman kürdlәri yerlәşdirilmişdir. Lakin 1918 ildә onlar da ermәni daşnakları tәrәfindәn qovulmuş vә kәnddә Türkiyәdәn gәlmә ermәnilәr yerlәşdirilmişdir. Sovet dövründә kәndin adı dәyişdirilәrәk Avad qoyulmuş, 1967 ildә isә rәsmi olaraq lәğv edilmişdir.