Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EPİDERMOFİTİYA

     EPİDERMOFİTÍYA (epidermis + ...yun. phyton – bitki, göbәlәk) – ifrat yoluxucu infeksion dәri xәstәliyi. Törәdicisi dermatofiton cinsindәn olan göbәlәklәrdir. Əsasәn, tәbii büküş (qoltuqaltı, qasıq) nahiyәsindәki dәri örtüklәrinin, habelә ayaq nahiyәsi dәrisinin vә dırnaq valının zәdәlәnmәsi ilә xarakterizә olunur. E.-nın törәdicilәri tәbiәtdә geniş yayılmışdır. Bu törәdicilәr üçün daha komfort şәrait yüksәk nәmlik vә isti iqlimdir. Ona görә dә әn çox tropik vә subtropik ölkәlәrdә rast gәlinir. Gәnclәr vә orta yaşlı kişilәr bu xәstәliyә daha tez-tez yoluxurlar.

    E. ilә xәstәlәnmә zamanı düzgün vә vaxtında müalicә aparıldıqda nәticәlәr müsbәt olur. Bu xәstәlikdәn sonra immunitet inkişaf etmir vә ona görә dә insanlar tәkrarәn xәstәlәnә bilәrlәr. Xәstәlik yay dövründә kәskinlәşmәlәr vermәklә xroniki şәkil alır. -ya daha hәssas olan risk qrupları: isti sexlәrdә çalışan fәhlәlәr; hamama, hovuza tez-tez gedәnlәr, yaxud bu müәssisәlәrin işçilәri; isti, rütubәtli iqlimi olan regionların әhalisi; aşağı immunitetli şәxslәr; onkoloji xәstәlәr; ürәk-damar sisteminin xroniki xәstәliyi olanlar; endokrin sistemindә funksiya pozuntuları (tireotoksik ur, şәkәrli diabet) olan şәxslәr; vәrәm; piylәnmә; dәrinin tamlığının tez-tez pozulması (çatlar, sıyrıntı, cızıq).

    Etiologiyası. E.-nın 2 әsas forması ayırd edilir: qasıq E.-sı vә ayaqların E.-sı. Qasıq E.-sının törәdicisi – Epidermophyton inguinate, ayaqların E.-sının törәdicisi – Trichophyton mentogrophytes-dir. Bu göbәlәklәr antropofildirlәr, yәni ancaq insanlarda  parazitlik  edirlәr.  Göbәlәk  infeksiyası ilә yoluxma xәstә insandan aşağıdakı vasitәlәrlә keçir:

    • xәstәlәrin dәrisinin zәdәlәnmiş ocağından epidermisin pulcuqlarının, yәni buynuz qatının düşdüyü mәişәt әşyaları (yemәkxana lәvazimatı, mebel әşyaları, döşәmә);
    • şәxsi әşyalar (alt paltarları vә yataq ağları, çәkәlәk vә ya digәr ayaqqabılar, mәhrәba, hamam lifi);
    • idman zalındakı örtük vә digәr idman avadanlıqları;
    • ictimai duşxanalarda, hamamlarda, hovuzlarda su vasitәsilә.

    Qasıq E.-sı zamanı zәdәlәnmә ocaqları qasıq, sarğılararası büküş, süd vәzisi vә qoltuq nahiyәsi dәrisindә lokallaşır. Bununla yanaşı, proses gövdә, әtraflar, cinsiyyәt üzvü vә başın tüklü hissәsinin dәrisini dә әhatә edә bilәr. Bәzәn xәstәlik ovucu da tutur. Xәstәlik aydın bilinәn iltihab şәklindә keçir. Dәridә olan ocaqlar sağlam dәridәn dәqiq surәtdә ayrılmış açıq qırmızı dairәvi lәkәlәrlә tәmsil olunur. Lәkәlәr bir-birinә qarışmağa meyil göstәrir. Ocaqların mәrkәzindә kәnarları qabarcıqlarla, irini olan qovuqcuqlarla, qartmaq vә eroziyalarla sıx örtülmüş ağımtıl qabıqvermә görünür. İltihabi proses güclü gicişmә vә yandırma ilә müşayiәt olunur.

    Ayaqların E.-sı zamanı sürtülmüş formada iltihabi proses zәif әlamәtlәrlә xarakterizә edilir. Mütlәq dördüncü barmaqlararası aralığın zәdәlәnmәsi ilә barmaqlararası büküşlәrdә cüzi qabıq soyulma görünür.

    Skvamoz-hiperkeratotik formada sağlam toxumadan kәskin surәtdә ayrılmış göy-qırmızımtıl rәngdә kiçik düyüncüklәr meydana çıxır. Sәpmәlәrin mәrkәzi әtrafında dәrinin buynuz qatının nәzәrә çarpacaq dәrәcәdә laylanması, altında isә şәffaf maye ilә dolu qovuqcuqlar olan bozumtul-ağ rәngli pulcuqlar müşahidә edilir. Xәstәliyin şiddәtlәnmәsi ilә ocaqlar bütün ayaq sәthini zәdәlәyәrәk bir-birinә qarışır vә әtrafların yan sәthlәrinә keçir. Barmaqlararası hissәdә dәri ağarır, qabığı soyulmağa vә bәrkimәyә başlayır. Sonradan dәrinin rәngi saralır, sәthi isә bәrk döyәnәyi xatırladır.

    İntertriginoz formada proses 3, 4 vә 5ci barmaqlararası aralıqlarda lokallaşır. Ocaqlar qırmızı rәngdә vә sәthi yaş, yaralı, eroziyalı olur. Çox vaxt kifayәt dәrәcәdә dәrin çatlar әmәlә gәlir vә onlar qanamağa başlayır. Proses çoxlu ağrı, yanğı hissi vә gicişmә ilә müşayiәt olunur.

    Dishidrotik formada pәncәdә çoxlu sayda maye ilә dolu kiçik qovuqcuqlar meydana çıxır. Xәstәliyin başlanğıcında dәri dәyişmir, sonradan isә proses yayıldıqca qırmızımtıl rәng alır vә şişkin olur. Qovuqcuqlar öz aralarında çoxkameralı iri boşluqlar yaradaraq birlәşmәyә başlayır, onların üstü açılır vә yerindә yaş eroziyalar әmәlә gәlir. Xәstәlәr gicişmә vә yanğı hiss edirlәr.

    Dırnaqların E.-s ı. Çox vaxt ayaqların birinci vә yaxud beşinci barmağı zәdәlәnir. Dırnağın daha qalın yerindә sarımtıl lәkәlәr vә zolaqlar görünmәyә başlayır, onların ölçüsü getdikcә böyüyәrәk tәdricәn bütün dırnağı әhatә edir. Sonradan dırnaq qalınlaşır, sarımtıl, kövrәk olur vә dırnaq yatağından ayrıla bilir.

    Diaqnostikas ı. E.-nın bütün formalarında diaqnozu dәqiqlәşdirmәk üçün әvvәlcә ümumkliniki laborator analizlәr (qanın vә sidiyin ümumi analizi, qanda qlükozanın miqdarı, qanın biokimyәvi göstәricilәri) aparılır. Sonra spesifik müayinә üsullarından istifadә olunur.

    Müalicәs i. Qasıq E.-sı zamanı göbәlәk әleyhinә müxtәlif sürtmә dәrmanlar – ketokonozol, klotrimazol kremlәri gündә 2 dәfә olmaqla, oksikonozol kremi gündә 1 dәfә, terbinafin, naftifin zәdәlәnmiş nahiyәlәrә gündә 2 dәfә sürtülür. Müalicә kursu 3–5 hәftә davam etdirilir. Mühüm iltihabi proses olduqda qlükokortikosteroid mәlhәmi, antihistamin preparatlar (suprastin gündә 2 dәfә, 5–7 gün әrzindә), iltihab әleyhinә qeyri-steroid preparatlar (diklofenak, ibuprofen) istifadә edilir. Sağalmanın kriterisi mәnfi mikroskopik nәticәnin alınmasıdır.

    Ayaqların E.-sında aydın iltihabi proses zamanı zәdәlәnmiş ocaqlar rezorsin vә ya kalium-permanqanat mәhlulu ilә işlәnilir, qovuqcuqların örtüyü iynә ilә deşilir vә ya qayçı ilә kәsilir, bundan sonra anilin boyayıcı mәhlulları (brilyant yaşılı, fukarsin) istifadә olunur vә yerli olaraq göbәlәk әleyhinә preparatlar (ketokonazol, klotrimazol, oksikonazol) sürtülür.

    Ağırlaşmalar ı. E.-ya ikincili mikroflora birlәşәrәk yumşaq toxumanın irinli iltihabı baş verә bilәr.

    Profilaktikas ı. Şәxsi gigiyena qaydalarının gözlәnilmәsi, ictimai duşxanaların, hamamların, hovuzların müntәzәm dezinfeksiyası, risk qrupuna daxil olan şәxslәrin profilaktik müayinәsi, xәstәliyin vaxtında aşkar edilmәsi vә müalicәsi, sanitariya maarifinin aparılması ilә hәyata keçirilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç