EPİDİASKÓP (yun. epi – üstündә, yanında + δίά – içәrisindәn + … skop), epidiaproyektor – şәffaf (diapozitivlәr vә s.) vә qeyri-şәffaf (çertyojlar, rәsmlәr, cәdvәllәr vә s.) orijinallardan tәsvirlәri ekrana proyeksiyalamaq üçün optik cihaz. Tәsvirlәr ekrana 5–20 dәfә böyüdülәrәk proyeksiyalanır. E. özündә diaproyektor ilә epiproyektor cihazlarını birlәşdirir. Mühazirәlәr, mәruzәlәr vә s.-dә illüstrasiyaların göstәrilmәsi üçün tәtbiq edilir.