Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EPİDİDİMİT

    EPİDİDİMİT (epi... + yun. δίδυμο – xaya)– xaya artımının iltihabı; xayalıq nahiyәsindә iltihabi proses, hiperemiya, şişkinlik vә ödemin tәzahürü ilә sәciyyәlәnir.

    E. ilә çox vaxt 15-dәn 30 yaşa qәdәr, hәmçinin 60 yaşdan sonra kişilәr xәstәlәnirlәr. Uşaqlarda nadir hallarda müşahidә olunur. Gedişinә görә kәskin vә xroniki ayırd edilir.

    Sәbәblәri: infeksiya törәdicisinin sidik kanalından bilavasitә toxumdaşıyıcı axacağa düşmәsi; sidikburaxıcı kateterlәrin istifadәsi; uretritin vә prostatitin agırlaşması; әvvәllәr keçirilmiş parotitdәn (xәnazirdәn) baş verәn ağırlaşma; çәtinlәşmiş sidik ifrazı (mәs., adenoma zamanı); vәrәm xәstәliyi zamanı ağırlaşma.

    Əlamәtlәri: spermada qanın olması, xayalıqda ağrılı ödem, qızdırmalı vәziyyәt, qarnın aşağı hissәsindә vә ya çanaqda diskomfort, qasıq ağrıları, zәdәlәnmiş tәrәfdә qasıq nahiyәsindә yumşaq şişkinlik, xayalıqda kistanın (şişin) meydana çıxması, eyakulyasiya vaxtı, sidik ifrazı zamanı ağrı vә ya yanğı, xayalıqda ağrı vә onun defekasiya zamanı güclәnmәsi, sidik kanalından (penisin başındakı dәlikdәn) ifrazat.

    Diaqnostikası. Bunun üçün qanın ümumi analizi, xayalığın ultrasәs doppleroqrafiyası, xayalığın skanir müayinәsi, xlamidioza vә qonoreyaya görә testlәr, sidiyin ümumi analizi vә sidiyin mikrofloraya görә әkilmәsi hәyata keçirilir.

    Müalicәsi: antibiotiklәr (siprofloksasin, doksisiklin, cozamisin), immunomodulyatorlar, kәskin ağrılar zamanı qeyristeroid iltihab әleyhinә preparatlar, fizioterapiya (UYT), fiziki gәrginliyin mәhdudlaşdırılması.

    Ağırlaşmaları. E.-in müalicәsi vaxtında, düzgün aparılmadıqda müxtәlif vә xoşa gәlmәyәn ağırlaşmalar baş verә bilәr; xayalıqda absesin, fistulun, qan çatışmazlığı sәbәbindәn xaya toxumasının infarktı daha ciddi ağırlaşmadır. Bәzi hallarda proses xroniki şәkil alır. Toxum ciyәsi toxumasının zәdәlәnmәsi vә ya xayanın normal sekresiyasının pozulmasına sәbәb olan autoimmun proseslәr sonsuzluq törәdә bilәr. Toxum ciyәsinin iltihablaşmış toxumasının çapıqlaşması spermatozoidlәrin zәruri yetişmә prosesini mümkünsüz edir, bu isә spermanın keyfiyyәtini pislәşdirir vә ağır hallarda sonsuzluq әmәlә gәtirir (xayaların funksiyası saxlanıldıqda yumurta-hüceyrәnin süni üsulla mayalanması mümkündür). Birtәrәfli E.-in xayalığın digәr yarısına yayılması ikitәrәfli E.-ә sәbәb olur.

    E.-in müalicәsinә vaxtında başlanılsa, ağırlaşmalardan xilas olmaq asandır. Bunun üçün antibiotiklәrlә müalicәdәn öncә analiz aparılması vacibdir.

    Profilaktikas ı. Xәstәyә erkәn mәrhәlәdә diaqnoz qoyulması әhәmiyyәtlidir. Tәhlükәsiz seks praktikası E.-in vә cinsi yolla yayılan xәstәliklәrin qarşısını alır. Qısa vaxt әrzindә ardıcıl tәkrarlanan cinsi әlaqәlәr vә onanizm nәticәsindә toxum ciyәsinin saya әzәlәlәri iltihablaşmağa meyilli olur. Hәddindәn artıq soyuma vә ya immunitetin ümumi zәiflәmәsi çox vaxt şәrti patogen mikrofloranın uretranın aşağı üçdә bir hissәsindәn sidik axarı ilә yuxarı yayılması nәticәsindә iltihabi xәstәlik, ilk növbәdә uretrit baş verir. Uretrit vaxtında müalicә olunmadıqda infeksiya sidik kisәsinә (sistit), prostat vәzisinә (prostatit), xayalıq orqanlarına (E. vә orxit) vә bәzәn böyrәklәrә yayıla bilәr. Normada mikroflora ancaq uretranın aşağı üçdә bir hissәsindәdir, qalan bütün sidik-cinsiyyәt sistemi steril olur, ona görә dә prostatın sekretinin vә eyakulyantın tapılmış mikroflorasının antibiotiklәrә görә hәssaslığının tәyin edilmәsilә bakterioloji әkmәnin aparılması vacibdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç