DӘVӘLİDAĞ – Azәrb. Resp. Abşeron r-nu әrazisindә palçıq vulkanı. Ceyrankeçmәz depressiyasının q. yamacında Umbakı neft yatağından ş. vә c.-ş.-dә yerlәşir. Morfoloji cәhәtdәn şm.-q.-dәn c.-ş.-ә uzanan iki yüksәklikdәn ibarәtdir. D. Abşeron çöküntülәrindәn ibarәt Çeyildağ qırışığının uzaq periklinalının ox hissәsindә yerlәşir. Üzәrindә son iki püskürmәni sәciyyәlәndirәn iki palçıq dili müşahidә edilir. Sopka brekçiyasının tutduğu ümumi sahә 720 ha-dır.
Дявялидаь вулканы.