EPİFÁUNÁ (epi... + fauna) – qruntun sәthindә, qaya çatlarında, daşlar arasında vә s. yapışmış halda, yaxud su dibindә yaşayan azhәrәkәtli onurğasızlar. E.-ya bioörtük әmәlә gәtirәn, qruntda sәrbәst yaşayan (bәzi molyusklar), su dibindә astaasta sürünәnlәr (bir çox molyusklar, dәrisitikanlılar, polixetlәr, bәzi xәrçәngkimilәr, aktiniyalar vә bir çox başqaları) aiddir.