EPİFENÓMEN (epi… + fenomen) – әsas hadisәdәn törәyib, onu müşayiәt edәn vә ona heç bir tәsir göstәrmәyәn ikinci dәrәcәli hadisәni
bildirәn fәlsәfi vә psixoloji termin. Fәlsәfi volyuntarizmin bәzi nüma- yәndәlәri şüuru E. – şüursuz dünya iradә- sinin alәti kimi nәzәrdәn keçirmişlәr (E.Hartman, Nitsşe). Şüuru vә psixoloji hadisәlәri bütünlüklә E.-ә bağlamaq vulqar materializm vә biheviorizm üçün dә sә- ciyyәvidir.