DӘYӘQARABULAQ – Azәrb. Resp. Gәdәbәy r-nunda kәnd. Dәyәqarabulaq ә.d.- nin (Dәyәqarabulaq, Günәşli, Musayal k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 9 km c.-da, Şәmkir çayının sahilindәn 4 km aralı, Şahdağ silsilәsinin әtәyindәdir. Әh. 1178 (2011); heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Tam orta mәktәb, mәdәniyyәt evi, kitabxana, feldşer-mama mәntәqәsi, poçt, ATS var.