Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EPİFİZ

    EPİFİZ (yun. ἐπίφυσις – artım, çoxalma) – 1) әzgilәbәnzәr vәzi – endokrin funksiyası yerinә yetirәn kiçik orqan; ara beyindә hәr iki görmә qabarına bәrkimişdir. Xaricdәn birlәşdirici toxuma kapsulu ilә örtülmüş, ondan isә vәzinin daxilinә trabekulalar gedәrәk E.-i paycıqlara bölür. E. bozumtul-qırmızı rәngli, insanda çәkisi 0,15–0,2 q olan tәk törәmәdir. Melatonin, serotonin vә adrenoqlomerulotropin hormonları hasil edir. E. anatomik olaraq epitalamusa mәxsusdur. Morfoloji әlamәtlәrinә görә E. hematoensefalik baryerdәn sonrakı orqanlara aid edilir. E.-in insan üçün funksional әhәmiyyәti tam öyrәnilmәmişdir. Onun sekretor hüceyrәlәri qana melatonin hormonu ifraz edir vә ondan serotonin sintez olunur, bu isә sirkad ritmlәrin sinxronlaşdırmasında (“yuxu – ayıq qalma” bioritmlәri) iştirak edir vә ehtimal ki, bütün hipotalamo-hipofizar hormonlara, habelә immun sistemә tәsir göstәrir. Adrenoqlomerulotropin aldosteronun hasil olunmasını stimullaşdırır vә onun biosintezi serotoninin bәrpa olunması ilә hәyata keçirilir. Boy hormonunun ifrazını, cinsi inkişafı vә cinsi davranışı, şişlәrin inkişafını tormozlamaq, cinsi inkişafa vә seksual davranışa tәsir E.-in mәlum funksiyalarına aiddir. Cinsi yetkinliyә çatdıqdan sonra melaton hasili azalır. İnsanda ümumsistem melatoninin 80%-ә qәdәri E.-dә hazırlanır. Parlaq işıq melatonin sintezini blokada edir. Suda-quruda yaşayanlarda işıq bilavasitә parietal gözә tәsir göstәrir. Quyruqsuz suda-quruda yaşayanlarda E. zәiflәmiş şәkildә başın dәrisi altında yerlәşir. Onlardan fәrqli olaraq mәmәlilәrdә işıq E.-ә birbaşa keçmir. Mәmәlilәrdә işığın E.-ә tәsiri fotoneyroendokrin sistemә daxil olan sinir yolları ilә yerinә yetirilir. Əsas işıq siqnalı retinohipotalamik yolla gedir. Bu isә torlu qişanın xüsusi işığa hәssas qanqlioz hüceyrәlәrindәn başlayır vә hipotalamusda supraxiazmal nüvәyә (SXN) qәdәr gedib çatır. Digәr yollar (bitişmә yeri nüvәsindәn olan henikulohipotalamik vә serotoninergik) bilavasitә SXN peysmekerlәrin aktivliyini modullaşdırır. Gündәlik ritmә uyğun dәyişәn SXN siqnalları hipotalamusun paraventrikulyar nüvәsinә verilir, oradan isә onurğa beyninin intermediolateral sütunu tәrkibindә yuxarı boyun qanqlionuna qәdәr gәlib çatır. Simpatik postqanqlionar noradrenergik liflәr E.-dә melatonin sekresiya edәn hüceyrәlәri innervasiyalaşdırır. Noradrenalin E. hüceyrәlәrindәki postsinaptik β vә d1 – adrenoreseptorlara tәsir göstәrir, onlar isә melatoninin sintezi mexanizmini buraxır. İşıqla törәnәn SXN-in oyanması yuxarı boyun düyünü neyronlarında oyanma yox, tormozlanma yaradır, müvafiq olaraq noradrenalin atmağı azaldır, E. isә bunun qarşılığında melatonin sekresiyasını azaldır. Belәliklә, qaranlıqda melatonin sekresiyası güclәnir, gündüz isә azalır.

    E.-in peptid ekstraktının preparatı epitalamin adlanır. Müәyyәn edilmişdir ki, epitalamin heyvanlarda reproduktiv dövrün müddәtini vә ömrün orta uzunluğunu 25% artırır.

    E.-in әn çox yayılmış patologiyası şişlәridir.  Bәzәn  onun  anadangәlmә  anomaliyalarına  da  tәsadüf  edilir.  2)  boruşәkilli uzun sümüklәrin genәlmiş ucu.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç