DӘYİRMANDAĞ – Azәrb. Resp. Gәdәbәy r-nunda kәnd. Dәyirmandağ ә.d.-nin (Dәyirmandağ, Hacıәlәkbәrli, Köhnәkәnd, Qurudәrә, Sarıköynәk k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 10 km q.-dә, Qaramurad çayının (Zәyәm çayının qolu) sahilindә, dağlıq әrazidәdir. Әh. 1210 (2011); heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Tam orta mәktәb, kitabxana, feldşer-mama mәntәqәsi, poçt var.