DӘYİRMANLAR – Azәrb. Resp. Goranboy r-nunda kәnd. Dәyirmanlar ә.d.-nin (Dәyirmanlar, Azad k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 30 km şm.-q.-dә, Bakı–Qazax avtomobil yolu kәnarında, Gәncә-Qazax düzәnliyindәdir. Әh. 970 (2011); maldarlıq vә әkinçiliklә mәşğuldur. İbtidai vә tam orta mәktәb, 2 kitabxana, mәdәniyyәt evi, poçt, 2 tibb mәntәqәsi var.