DӘYİRMANYANI – Azәrb. Resp. Laçın r-nunun Mığıdәrә ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 23 km c.-ş.-dә, Qarabağ silsilәsinin c.-q. әtәyindәdir. Әh. 75 (2011); işğaldan (1992, may) әvvәl әkinçilik, bostançılıq, bağçılıq, heyvandarlıq vә arıçılıqla mәşğul olmuşdur. İbtidai mәktәb, kitabxana var idi.