EPİGENETİK YATAQLAR – yerlәşdiyi süxurlardan sonra әmәlә gәlәn faydalı qazıntı yataqları. Bu tip yataqlar adәtәn yan süxurları kәsәn damar, linza, ştok vә borulardan ibarәt olur. Yataqların mineral vә kimyәvi tәrkibi onların yerlәşdiyi süxurların tәrkibindәn kәskin fәrqlәnir. Titanmaqnetit, xromit, platin, almaz vә apatitin, hәmçinin bәzi sulfidli mis-nikel filizlәrinin maqmatik yataqları; keramika xammalının, mika, qiymәtli daşlar, litium vә berilin peqmatit yataqları; dәmir, mis, qurğuşun, sink vә digәr metal filizlәrinin skarn yataqları E.y.-a aiddir. E.y.-na aid edilәn әlvan, nadir, nәcib vә radioaktiv metalların, hәmçinin kvars, barit, flüorit vә asbestin hidrotermal damar vә matasomatik yataqları daha geniş yayılmışdır. Dәmir, mis vә uran filizinin infiltrasiya yataqları da E.y.-dır.