EPİXLORHİDRİN, 1 - x l o r - 2, 3 -e p o k s i p r o p a n, x l o r m e t i l o k s i r a n – üzvi birlәşmә:
kәskin iyli, rәngsiz maye; tәr. –57,0°C, tqayn.116,1°C; suda az, üzvi hәlledicilәrdә yaxşı hәll olur. E. adi temp-rda HCl ilә asanlıqla birlәşәrәk 1,3-dixlorhidrin ClCH2CH(OH)CH2Cl әmәlә gәtirir. Az miqdarda qәlәvinin iştirakı ilә bir vә ya bir neçә mütәhәrrik hidrogen atomu olan birlәşmәlәrlә xlor hidrinlәr RCH2CH(OH)CH2Cl; NH3 vә ya aminlәrlә RNHCH2CH(OH)CH2Cl (R=H, üzvi qalıq); duru qeyri-üzvi turşuların iştirakı ilә CH2(OH)CH(OH)CH2Cl; spirtlәrlә sadә efirlәr ClCH2CH(OH)CH2OR; katalizatorun (piridin, amin vә s.) vә ya FeCl3-ün iştirakında karbon tur şuları ilә
mürәkkәb efirlәr; fenollarla turş mühitdә xlorhidrinin fenil efirlәrini, qәlәvi mühitdә qlisidolun efirlәrini әmәlә gәtirir. 100°C-dә artıq qәlәvinin tәsirindәn tәdricәn qliserinә çevrilir; E.-in bisfenol A. ilә kondenslәşmәsindәn dian epoksid qatranları alınır. E. qliserinin dixlorhidrinlәrinin dehidroxlorlaşmasından; allilxloridin 100°C-dә Mo-li kompleks birlәşmәlәrin iştirakı ilә üzvi hidroperoksidlәrlә, mәs., tret-butilhidroperoksidlә epoksidlәşmәsindәn alınır. E. sintetik qliserin, epoksid qatranları, bir sıra iondәyişdirici qatranlar, epixlorhidrin kauçukları istehsalında aralıq mәhsuldur. E. asan alovlanır; tәnәffüs yollarının selikli qişasını qıcıqlandırır, dermatitlәr törәdir, qaraciyәr vә böyrәyi zәdәlәyir.