EPİK NƏĞMƏLƏR – bәdii әdәbiyyatın qәdim vә geniş yayılmış janrlarından biri; tarixi-qәhrәmanlıq mövzuları vә mәnzum forma әsasında yaradılır. E.n. xalqın arzu vә istәklәrini, müxtәlif hadisәlәrә münasibәtini, tәrbiyәvi görüşlәrini әks etdirir. E.n., bir qayda olaraq, çalğı alәtlәrinin müşayiәti ilә oxunurdu. E.n.-in estetik mahiyyәtini ilkin, “qızıl әsr” kimi xarakterizә olunan qәhrәmanlıq dövrü insanının, tarixi qәhrәmanların davranış vә әmәllәrinin ideallaşdırılmış tәsviri vә tәrәnnümü tәşkil edir. Bir sıra xalqların yaratdığı mәnzum qәhrәmanlıq eposları (mәs., yunanların “İliada” vә “Odis seya”sı, qәdim island “Böyük Edda”sı, fransızların “Roland haqqında mahnı”sı, almanların “Nibelunqlar haqqında mahnı”sı, rus bılinaları, qırğız “Manas”ı, “Kitabi-Dәdә Qorqud” dastanları vә s.) E.n.-ә aid edilir. “Avesta”da epik vә lirik şeir vә nәğmәlәrin rәngarәng nümunәlәri toplanmışdır. E.n. milli әdәbiyyatların epik-mәnzum, lirikepik forma vә janrlarının inkişafına tәsir göstәrmişdir.