EPİKÁNTUS (epi ....+ yun. καντος – gözün daxili bucağı), “monqol büküşü” – insanda göz bucağı nahiyәsindә yuxarı göz qapağı dәrisinin әmәlә gәtirdiyi vә göz yaşı qabarcığını müxtәlif cür örtәn büküş. E. monqol irqi vә zәnci irqinin bәzi qrupunun nümayәndәlәri üçün sәciyyәvidir. Böyüklәrә nisbәtәn uşaqlarda güclü inkişaf etmişdir; kişilәrlә müqayisәdә qadınlarda tez-tez rast gәlinir.