EPİKRİZ (yun. επίκροις – mülahizә, qәrar) – müalicә başa çatdıqda, yaxud onun müәyyәn mәrhәlәsindә xәstәnin vәziyyәti, xәstәliyin başvermә sәbәblәri vә inkişafı, müalicәnin әsaslandırılması vә nәticәsi haqqında yazılı qәrar, vacib tibbi uçot sәnәdi. Xәstәliyin gedişi xüsusiyyәtlәrindәn vә nәticәsindәn asılı olaraq E.-ә xәstәnin proqnozu, onun üzәrindә gәlәcәk müşahidәnin zәruriliyi haqqında qәrar, müalicәvi-әmәk tövsiyәlәri daxil edilir. Ölümlә nәticәlәnmә hallarında E.-dә ölümün sәbәbi göstәrilir. Peşә sirrinin gözlәnilmәsi qaydası ilә әlaqәdar E.-in mәzmunu ancaq tibb işçilәri arasında başa düşülәndir. E.-in n ö v l ә r i. E.-in tәrtib olun masına zәrurәt xәstәni müşahidәnin müxtәlif dövrlәrindә yaranır. Ambulator xәstәnin tibb kartasında dispanserizasiya nәti cәlәrini (ildә 1–2 dәfә) qiymәtlәndirәrkәn, hәmçinin xәstәni hәkim nәzarәt komissiyasına göndәrdikdә vә stasionara yerlәşdirdikdә müalicәnin davam etdi rilmәsinә zәrurәt olduğunu әsaslandırmaq üçün E. tәrtib olunur. Uşağın inkişaf tarixindә E. uşaq 1, 3 vә 7 yaşına çatdıqda, habelә 18 yaşlı yeniyetmә böyüklәr poliklinikasına köçürüldükdә qeyd edilir. Stasionar xәstәnin tibb kartasında (xәstәlik tarixindә) E.-dә onun stasionarda olmasının hәr 10–14 günlük yekunları (mәrhәlә E.-i), xәstә stasionardan ayrıldıqda çıxma E.-i, onu başqa müalicә müәssisәsinә köçürdükdә köçürmә E.-i, xәstә öldüyü hallarda isә ölәndәn sonra E. tәrtib olunur vә ona sonra patoloji-anatomik E. әlavә edilir. Müxtәlif növ E.-lәr mәzmununa vә başlıca olaraq qәrar hissәsinә görә fәrqlәnir.