EPİKTÉT (Epíktētos – qul lәqәbi, hәrfәn – “satın alınmış”) (tәqr. 50–138) – yunan filosofu, stoik (bax Stoisizm). Neronun sevimli qullarından olmuş, sonralar azad edilmişdir. Stoik Musoni Rufun mühazirәlәrini dinlәmişdir. 89 ildә Domisian filosofları Romadan qovduqdan sonra Nikopola (Epir) köçmüş, orada Sokratdan nümunәlәr gәtirәrәk, küçә mühazirәlәrindә stoik әxlaqını tәbliğ etmişdir; Sokrat kimi heç nә yazmamışdır; yoxsulluq içindә yaşamışdır. E.-in fәlsәfi fikirlәri şagirdi Arrian Flavi tәrәfindәn qeydә alınmışdır. E.-ә görә, insan istәnilәn şәraitdә – zәnginlikdә vә ya yoxsulluqda, hakimiyyәtdә vә ya kölәlikdә hәyat şәraitindәn asılı olmayaraq ruhәn öz azadlığını saxlamalıdır. Bunun üçün o, hәr şeyi özündәn asılı olan vә asılı olmayana bölmәli, birinci halda hәr şeyә rәğmәn fәdakarcasına öz borcunu yerinә yetirmәli, ikinci halda isә etina göstәrmәmәlidir. E.-in asketik әxlaqı bir çox hallarda xristian tәlimlәrinә ya xındır.