Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EPİKÜRÇÜLÜK

    EPİKÜRÇÜLÜK – Epikürün yaratdığı, onun tәlәbәlәri vә davamçılarının inkişaf etdirdiyi fәlsәfi tәlim. Mәktәb kimi e.ә. 4 әsrdәn eramızın 3 әsrinin ortalarınadәk mövcud olmuşdur. E. üçün dünyanın atomistik mәnzәrәsi, teleologiyanın, providensializmin vә ruhun ölmәzliyinin inkarı sәciyyәvidir. Utilitarist E. etikası çox vaxt vulqarlaşdırılmış, sәhvәn hissi hәzlәrә canatma ilә eynilәşdirilmişdir. E.ә. 310 ildә Epikür tәrәfindәn Kolofonda әsası qoyulmuş mәktәb e.ә. 306 ildә Afinaya köçdükdәn sonra yerlәşdiyi mәkana müvafiq olaraq “bağ” adlandırılmışdır. Epikür mәktәbinin tarixindә bir neçә mәrhәlә müәyyәnlәşdirilir. Erkәn, yaxud Qәdim bağ (e.ә. 4–3 әsrlәr) Epikürün vә onun әn yaxın tәlәbәlәri Lampsaklı Metrodor, Poliynen, Hermarx vә b.-nın, Orta bağ (e.ә. 2–1 әsrlәr) Filonid, Afinalı Apollodor, Tarslı Diogen, Sidonlu Zenon, Lakoniyalı Demetrinin fәaliyyәti ilә bağlıdır. Son bağ vulqarlaşdırılmış E.-ün meydana gәldiyi Roma dövrüdür. Lukretsinin yaradıcılığı (xüsusilә “Əşyaların tәbiәti” әsәri) Roma E.-ünün çiçәklәnmә dövrünә (e.ә. 1 әsr) tәsadüf edir. E.ә. 1 әsrin ortalarında Kampaniyada E. dәrnәklәri tәşkil olunmuşdu. Şairlәrdәn Vergili, Horatsi, Ovidi, siyasәtçilәrdәn Qay Kassi Longin, Qay Trebasi Testa vә b. E.-ün tәsiri altında olmuşlar. Asketik E. doktrinası yumşaldılaraq Roma epikürçülәrinin hәyat tәrzinә uyğunlaşdırılmışdı. Siyasi fәaliyyәtlәri onları E.-ün ictimai işlәrә qarışmamaq kimi başlıca prinsipindәn imtinaya vadar etmişdi. Respublikanın süqutu ilә E.-ün nüfuzu zәiflәmiş, ictimai şüura onun opponenti olan stoi sizmin tәsiri güclәnmişdi. Lakin imperiya dövründә dә E.-ün nümayәndәlәrinә rast gәlinir (Plotin vә b.). E.-ün Avropa mәdәniyyәtindә mәnimsәnilmәsi xristianlaşdırmadan vulqar sosioloji interpretasiyaya qәdәr әn müxtәlif formalarda tәzahür etmiş, İntibah dövründә yenidәn canlanmış, 17–18 әsrlәrdә dә mövcud olmuşdur. Hәmin dövrdә E. ideyalarını P.Qassendi inkişaf etdirmişdir. İntibah dövrü filosofları, fransız maarifçilәri E.-ü hedonizm ruhunda şәrh etmiş, hissi hәzlәri başlıcasayan tәlim kimi qiymәtlәndirmişlәr.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç