EPİQONLAR (yun. eπίγονοι – nәsillәr) – 1) qәdim yunan mifologiyasında Arqosun yeddi qәhrәmanının oğulları. Atalarının uğursuz sәfәrindәn (onlar Fivanı mühasirә etmiş, lakin uzun müddәt ala bilmәmişlәr) on il sonra E. Fiva ş.-ni tutmuşdular. 2) Makedoniyalı İsgәndәrin sәrkәrdәlәrinin (diadoxların) oğullarına verilәn ad. 3) Mәcazi mәnada aciz davamçılar; epiqonçuluq ifadәsi buradandır.