EPİQRAF (yun. έπιγρaφή – yazı, kitabә) – 1) qәdim yunanlarda abidәlәr üzәrindәki yazı; 2) 14 әsrdәn әsәrin, yaxud onun ayrı-ayrı fәsillәrinin әvvәlindә verilәn kiçik mәtn. Adәtәn, digәr bir müәllifin әsәrindәn, xalq yaradıcılığından, aforizmlәrdәn, müqәddәs kitablardan götürülür; bәzәn müәllifin özü tәrәfindәn yaradılır. E. әsәrin, yaxud onun ayrı-ayrı fәsillәrinin mәzmunu vә ideyasını qavramağa kömәk edir.