EPİQRÁFİKA – daş, metal, saxsı vә s. üzәrindә, әsasәn, qәdim vә orta әsrlәrә aid yazıların toplanması, nәşri vә şәrhi ilә mәşğul olan kömәkçi tarix fәnni. Ədәbiyyatda әn qәdim kitabәlәr epiqrafik abidәlәr adlandırılır. İntibah dövründә antik mәdәniyyәtә, hәmçinin Şәrq, elәcә dә Bibliya dövrü qәdim abidәlәrinә marağın artması ilә әlaqәdar meydana gәlmişdir. E. әvvәlcә yalnız İtaliyada, Yunanıstanda, Şimali Afrikada vә Fәlәstindә tapılan, daha doğrusu, latın, yunan, etrusk, qәdim yәhudi vә Finikiya-pun dillәrindәki kitabәlәrlә mәşğul olurdu. 18 vә 19 әsrlәrdә kitabәlәrin әslinә uyğunluq әlamәtlәrinә görә onların xro nologiyasının müәyyәnlәşdirilmәsi üsulları, hәmçinin müxtәlif kitabәlәrdә tәtbiq olunan simvolik nişan vә ixtisarların oxunması metodu işlәnib-hazırlandı. Epiqrafik metod kitabәlәrin tarixinin müәyyәnlәşdirilmәsinә (paleoqrafik әlamәtlәrinә görә, bax Paleoqrafiya) kömәk edir. Misir heroqliflәrinin, mixi yazının, hettheroqliflәrinin vә Mikena yazılarının, Orta Asiya, Qәdim İran, hind, Uzaq Şәrq, sonralar isә Mәrkәzi Amerika yazılarının oxunması E.-nın sahәsini xeyli genişlәndirdi. Ehramların vә digәr sәrdabaların, mәbәdlәrin divarlarında, xatirә vә qәbirüstü abidәlәrdә Qәdim Misir mәtnlәrinin öyrәnilmәsi E.-nın metodikasını daha da zәnginlәşdirdi. E.-nın mәlumatları tarix elmi üçün böyük әhәmiyyәtә malikdir. Epiqrafik mәtnlәr, әsasәn, rәsmi, dini, mәrasim vә hәsr-ithafki tabәlәrindәn ibarәtdir. Azәrb.-da aşkar edilmiş mixi, pәhlәvi, latın, alban (Qafqaz), әrәb, fars, türk, hind-sanskrit dillәrindә epiqrafik abidәlәr öyrәnilir.