Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EPİLEPSİYA

    EPİLÉPSİYA (qәdim yun. πληψία – “qamarlanmış”, tutulmuş, yaxalanmış), e p i l e p t i k t u t m a – orqanizmin qәflәtәn qıcolma tutmalarının baş vermәsinә meyilli olması ilә özünü göstәrәn xroniki nevroloji xәstәlik. Nәinki insanlar, hәtta heyvanlar, mәs., itlәr, pişiklәr, siçanlar da E.-ya tutula bilir.
    E.-nın tәsadüf etmә tezliyi orta hesabla 5–10% tәşkil edir. Epileptik tutmalara baş beyindә meydana çıxan patoloji boşalmalar sәbәb olur vә hәrәki, hissi, vegetativ, yaxud düşünmә funksiyalarının müvәqqәti pozulması ilә meydana çıxır. S ә b ә b i. E. başvermә sәbәbinә görә “simptomatik” (baş beyindә struktur qüsur, mәs., kista, şiş, qanaxma, inkişaf qüsuru aşkar etmәk olur), idiopatik (irsi meyillik var vә beyindә struktur dәyişikliklәr yoxdur) vә kriptogen (xәstәliyin sәbәbini aşkar etmәk mümkün olmur) növlәrә ayrılır. S i m p t o m l a r ı. Epileptik tutmaların yayılmış qıcolmalardan başlayaraq pasiyentin daxili vәziyyәtindәki dәyişikliklәrin әtrafdakı insanlar tәrәfindәn güclә görünәn әlamәtlәrinә qәdәr tәzahür etmәsi tәsvir edilir. Baş beyin qabığının müәyyәn mәhdud sahәsindә elektrik boşalmasının baş vermәsi ilә әlaqәdar olan ocaqlı tutmalar vә elektrik boşalmaya eyni vaxtda beynin hәr iki yarımkürәsinin cәlb olunduğu yayılmış tutmalar ayırd edilir. Ocaqlı tutmalar zamanı qıcolmalar vә bәdәnin müәyyәn hissәlәrindә (üzdә, әllәrdә, ayaqlarda vә s.) xüsusi hisslәr (mәs., keylәşmә) müşahidә oluna bilәr. Ocaqlı tutmalar hәmçinin qısa görmә, eşitmә, iybilmә vә dad hallüsinasiyaları tutmaları ilә dә tәzahür edir. Bu tutmalar zamanı şüur saxlanıla bilәr, pasiyent belә halda öz hisslәrini әtraflı tәsvir edir. Parsial tutmaların müddәti, adәtәn, 30 san-dәn artıq olmur. Yayılmış tutmalar qıcolma halında olan vә qıcolmasız (absanslar) tutmalara bölünür. Xәstәnin әhatәsindә olanlar üçün әn qorxulusu y a y ı l m ı ş q ı c o l m a t u t m a l a r ı d ı r. Tutmanın başlanğıcında (tonik mәrhәlә) bütün әzәlәlәrin gәrginlәşmәsi, tәnәffüsün qısaca dayanması, tez-tez güclü bağırtı müşahidә edilir, xәstәnin dilini dişlәmәsi dә ola bilәr. 10–20 san keçdikdәn sonra, әzәlәlәrin yığılması onların zәiflәmәsi ilә әvәzlәndikdә, klonik mәrhәlә başlayır. Klonik mәrhәlәnin sonunda tez-tez sidik saxlaya bilmәmә törәnir. Qıcolmalar, adәtәn, bir neçә dәq.-dәn (2–5 dәq.) sonra özözünә dayanır. Yuxuculluq, huşun dolaşıqlığı, başağrısı vә yuxulama ilә xarakterizә edilәn tutmadan sonrakı dövr gәlir. Qıcolmasız yayılmış tutmalar   a b s a n s adlanır. Onlar demәk olar ki, yalnız uşaq vә erkәn gәnc yaşlarda baş verir. Uşaq gözlәnilmәdәn donub qalır vә diqqәtlә bir nöqtәyә baxır. Gözlәrin pәrdәlәnmәsi, göz qapağının titrәmәsi, başın yüngül dala qatlanması, izlәnilәn tutmalar cәmisi bir neçә san (5–10 san) çәkir vә çox vaxt hiss edilmir. D i a q n o s t i k a s ı. E.-nın 40-a yaxın müxtәlif forması vә müxtәlif tutma tiplәri vardır. Bununla әlaqәdar hәr forma üçün mәxsusi müalicә sxemi işlәnib hazırlanmışdır. Ona görә dә E.-ya diaqnoz qoymaqla yanaşı, hәtta onun formasını da tәyin etmәk lazımdır. Diaqnostikanın әsas metodu elektroensefaloqrafiya vә kompüter, yaxud maqnit-rezonans tomoqrafiyadır. Elektroensefaloqrafiyanın adi (rutin) qeydetmә metodu 15 dәq.-dәn artıq çәkmir vә kütlәvi müayinә üçün istifadә olunur. Əksәr tәdqiqatçıların fikrinә görә, E.-nın diaqnostikası üçün uzun vaxt әrzindәki (1 saatdan 12 saata qәdәr, yuxu vә ayıq qalma dövrlәri daxil olmaqla) elektroensefaloqramın yazılmasından ibarәt olan elektroensefaloqrafiya monitorinqi daha dolğun mәlumata malikdir. M ü a l i c ә s i. E.-nın müalicәsinin olmadığı haqqında insanlar arasında yayılan fikir sәhvdir. E. әleyhinә müasir preparatların istifadәsi xәstәlәrin 65%-nin tutmalardan tam xilas olmasına, daha 20%-dә tutmaların sayının әhәmiyyәtli dәrәcәdә azalmasına imkan verir. Müalicәnin әsasını uzunmüddәtli gündәlik dәrman müalicәsinin müntәzәm kontrol yoxlamalarla vә tibbi müayinәlәrlә birlikdә aparılması tәşkil edir. Hәr kәs özündә vә ya yaxın adamlarında E. simptomları duyursa, bu barәdә nevropatoloqa mümkün qәdәr tez müraciәt etmәlidir. Əgәr tutma birinci dәfә baş verir, tәnәffüs pozulması ilә müşayiәt olunur vә 5 dәq.-dәn artıq davam edirsә, “tәcili tibbi yardım” çağırılmalıdır. Xәstәnin bilavasitә yaxınlığında olan sәrt әşyalar uzaqlaşdırılır, başaltına yumşaq, düz şey qoyulur vә xәstә yan üstә uzadılır. Epileptik tutma zamanı xәstәni tutmaq olmaz. Epileptik tutmanın müddәtini müәyyәn etmәk üçün onun başlanğıc vaxtı qeyd edilmәlidir. E.-ya qarşı dәrmanlar xәstәliyin formasından vә tutmanın xarakterindәn asılı olaraq seçilir. Dәrman maddәsi adәtәn kiçik başlanğıc dozalarla tәyin edilir vә tәdricәn optimal klinik nәticә alınana kimi artırılır. Nәticә alınmadıqda preparat tәdricәn lәğv olunur vә növbәti dәrman tәyin edilir. Yadda saxlamaq lazımdır ki, heç bir halda dәrmanın dozasını özbaşına dәyişmәk vә ya müalicәni dayandırmaq olmaz. Dozanın birdәn dәyişdirilmәsi vәziyyәtin pislәşmәsinә vә tutmaların tezlәşmәsinә sәbәb ola bilәr. E.-ya qarşı müalicә qәbul edәn qadınlar hamilә qalmağı planlaşdırırsa, bu barәdә öz müalicә hәkiminә mәlumat vermәlidir. Hamilәliyin gedişinin әlverişli olması üçün müalicәnin vә ya dәrman maddәsinin dozası dәyişdirilә bilәr. Belә diaqnozlu qadının hamilәliyi vә doğuşu barәdә, mümkün halda, tәcrübәsi olan mama-ginekoloqa müraciәt etmәk lazımdır. Hamilәlik baş vermәmişdәn qabaq tibbi-genetika mәslәhәtxanasına da müraciәt olunmalıdır. E. zamanı dәrman müalicәsi nәticә vermәsә cәrrahi әmәliyyat tәyin oluna bilәr. P r o f i l a k t i k a s ı. İdiopatik E.-ya profilaktika tәsir etmir. Lakin mәlum sәbәbdәn olan ikincili E.-da qoruyucu tәdbirlәr görmәk mümkündür. Başın travmasının qarşısının alınması posttravmatik E.-nın qarşısının alınmasında әn sәmәrәli vasitәdir. Doğum travması ilә әlaqәdar lazım olan perinatal yardım yeni E. hallarının azalmasını tәmin edir. Qızdırma ilә müşayiәt olunan xәstәliyә tutulmuş uşaqlarda bәdәn temp-runun aşağı düşmәsi üçün dәrman maddәlәrinin tәtbiqi vә digәr üsullar qıcolma ehtimalını azalda bilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç