EPİNÁL – Fransanın ş.-indә şәhәr. Vogez dep-tinin inz. m. Əh. 32,2 min (2013). Mozel çayında gәmi dayanacağı. D.y.-ları qovşağı. Pambıq parça, maşınqayırma, ağac emalı, kağız, tikiş sәnayesi müәssisәlәri var. Lotaringiya bazilikası (11 әsr), Sent-Moris qotik bazilikası (13 әsr), orta әsrlәrә aid qayaüstü qalanın xarabalıqları saxlanılmışdır. 18 әsr “Epinal şәkillәri”nin zәngin kolleksiyası toplanmış muzey fәaliyyәt göstәrir.