EPİPALEOLİT (epi… + yun. παλαιός – qәdim + λίθος – daş) – bir sıra tәdqiqatçıların bölgüsünә görә, Paleolitdәn sonra gәlәn vә әksәr arxeoloji dövrlәşdir mә lәrdә Erkәn Mezolitә müvafiq olan arxeoloji dövr. E.-in texnikasında vә mәdәniyyәtindә Paleolit cizgilәri hәlә qabarıq әks olunur. Avropada E. mәdәniyyәtinә, adәtәn, Azil mәdәniyyәtini aid edirlәr.