EPİPLATFORMA OROGENEZİ – uzun müddәt platforma rejimindә olan Yer qabığında tektonik hәrәkәtlәrin vә dağәmәlәgәtirmә proseslәrinin bәrpası. E.o.-nә mәruz qalmış sahәlәr tağlı qayma quruluşu ilә xarakterizә olunur; hünd.-lәrinә görә bilavasitә geosinklinalların yerindә yaranan (mәs., Qafqaz, Alp d-rı) epigeosinklinal orogenlәrdәn geri qalmırlar. Sonunculardan fәrqli olaraq E.o. vil.-lәrindәki çökәkliklәri terrigen çöküntülәr – molaslar doldurmuş olur; maqmatizm tәzahürü yalnız bazaltlarla mәhdudlaşır. E.o. әsasәn Oliqosen-Antropogendә intişar tapmışdır; mәkanca geosinklinal qurşaqların kәnarları ilә әlaqәdardır. E.o. tәzahürü sahәlәrinә TyanŞan, Altay, Sayan, Hindiquş vә s. dağ sistemlәri aiddir. Əlvan metalların, dağarası vә dağönü çökәkliklәrdә kömür, yanar şist, neft vә qaz yataqlarının yaranması E.o. proseslәri ilә әlaqәdardır.