RF-dә, Kabarda-Balkar Resp.-n -da, Böyük Qafqazın mәrkәzi hissәsindә Elbrusdan sonra әn yüksәk zirvә. Hünd. 5204 m. Yan silsilәdә, Çerek-Xulam çayının (Terek hövzәsi) mәnbәyindәdir. Kristallik süxurlardan ibarәtdir. Ş. yamacından mürәkkәb Dıxsu dәrә buzlağı (sahәsinә görә Qafqazda Bezengi buzlağından sonra ikinci) enir. Dağ turizmi, alpinizm inkişaf etmişdir. 1930-cu illәrdә fәth olunmuşdur.
Дыхтау зирвяси.