DIMNİKOV Valentin Pavloviç (d.26.11. 1938, Yurino qәs., Mari MSSR) – rus geofiziki, RF EA akad. (1997). RF Dövlәt mükafatına (2000) vә REA A.A.Fridman ad. mükafata layiq (1993) görülmüşdür. Moskva Mühәndis-Fizika İn-tunu bitirmişdir (1961). 1980 ildәn RF EA-nın Riyazi Hesablama İn-tunda işlәyir (2000 ildәn direktor). Moskva Fizikа-Texnika in-tunun prof.-u (1987 ildәn). Әsas elmi işlәri atmosfer proseslәrinin riyazi modellәş dirilmә si, iqlim vә onun dәyişmәsi nәzәriyyәsi sahәsi üzrәdir. Atmosfer vә okeanın ümumi sirkulyasiyasının qlobal modelini işlәmiş, iqlimin riyazi nәzәriyyәsini yaratmışdır.