EPİR (Epeiros) – Yunanıstanın şm.-q.-indә, İoni dәnizi sahilindә vil. Sah. 9,2 min km2. Əh. 336,8 min (2011). Mühüm şәhәri Yaninadır. Ərazisinә Arta, Preveza, Tesprotiya, Yanina nomları daxildir. Sәthi, әsasәn, dağlıqdır (Pind d-rı). İqlimi vә bitkisi Aralıq dәnizi tiplidir. Aqrar r-ndur. Üzümçülük inkişaf etmişdir. Balıq ovlanır. Portu Prevezadır. Ehtimal edilir ki, E. yunan tayfalarının әn qәdim mәskәni olmuşdur, sonralar isә onlar buradan Balkan y-a-na vә Egey dәnizi adalarına yayılmışlar. Tarixi dövrdә E.-dә xaonlar, molosslar vә s. tayfalar mәskunlaşmışlar. Molossların çarı Pirr tәrәfindәn (e.ә. 4 әsrin sonu – e.ә. 3 әsrin әvvәllәri) vahid dövlәt halında birlәşdirilmişdir (bundan sonra E.-in bütün sakinlәri epirotlar adlan dırılırdı). E.ә. 168 ildә E.-i işğal edәn romalılar 70-dәn çox şәhәri dağıtmış, tәqr. 150 min epirotu qul kimi aparmışdılar. Avqustun hakimiyyәti illәrindә E. әrazisi Romanın Axayya әyalәtinin tәrkibinә qatılmışdı. Trayanın hakimiyyәti (2 әsr) dövründә E. Akarnaniya ilә birlәşdirilәrәk E. әyalәtini tәşkil edirdi. 4 әsrdәn Bizansın tәrkibindә (13–14 әsrlәrdә E. әrazisi Epir çarlığının tәrkibindә idi), 15 әsrin ortalarından isә türklәrin hakimiyyәti altında olmuşdur. 1881 ildә E.-in bir hissәsi (Arta r-nu) Yunanıstana birlәşdirilmişdir; Balkan müharibәlәrindәn (1912–13) sonra E. bütünlüklә Yunanıstanın tәrkibinә keçmişdir.
Епир. Пинд даьлары.