1) әmәk alәti. D. lәklәrdә torpağın hamarlanmasında, bağ-bostanların ot, alaq vә kәsәkdәn tәmizlәnmәsindә, biçilmiş ot vә taxılın yığılmasında (dırmıqlan masında) işlәdilir. D. ağac sapdan, dişağacı vә dişlәrdәn ibarәtdir. Diş taxtasının düz, yaxud oval formasına görә müxtәlif quruluşlu D.-lar olur. D. Azәrb.-ın bәzi zonalarında çәng, cılğı, dirnәvuc, darinquc, daraq, rәndә vә s. adlarla da mәlumdur. 19 әsrin ikinci yarısından Azәrb.-da dәmir D.-dan da istifadә edilir. 2) T r a k t o r d a – tәzә biçilmiş, yaxud qurudulmuşotu cәrgәlәr (tirәlәr) şәklindә yığan, atm.yağıntı la rından nәmlәşdikdә qarışdıran vә çevirәn k.t. maşını. Aqreqatlaşdırma üsuluna görә asma, qoşma vә yarımasma; iş prinsipinә görә eninә (biçilmiş otu hәrәkәt istiqamәtindә eninә yığır) vә yan tәrәfdәn (hәrәkәt boyu) dırmaqlayan; sonuncu isә öz növbәsindә işlәk orqanların tipinә görә çarxlı-barmaqlı vә rotorlu D.-lara ayrılır. Eninә D. öz aralarında oynaqla birlәşdirilmiş bir neçә bölmәdәn (işlәk orqanları polad dişlәrdir), dartıcılar, dayaq tәkәrlәri, çәrçivә, qoşma qurğusu vә dişlәri qaldırmamexa nizmindәn ibarәtdir. Dırmıqlama sә -hәsinin eni bölmәlәrin sayının dәyiş dirilmәsi ilә tәnzimlәnir. Mәhsuldarlığı 14 ha/saat-a dәk, iş sürәti 9 km/saat-adәkdir. Eninә D.-lar biçilmiş sahәlәrin mәhsul qalıqlarından tәmizlәnmәsi vә bağların mexaniki budan ma sından sonra budaqların dırmıqlanması üçün dә istifadә edilir.
Çarxlı-barmaqlı D.-ların dayaq tәkәrlәri üzәrindә iki eyni cür bölmәsi var. Bölmәlәrdә hәrәkәt istiqamәtinә nәzәrәn müәyyәn bucaq altında yerlәşәn vә yaylı barmaqları olan 6 işlәk çarx quraşdırılır. Dırmıqlama zamanı külәş bü tün çarxlardan keçәrәk eni 1,2 m olan topa şәklindә yığılır. Mәhsuldarlığı 3,6 ha/saat-adәk, iş sürәti 6 km/saat-dır. Rotorlu D. çarx lara söykәnәrәk traktorun valı vasitә si lә fırlanan 2 rotora vә külәş toplayan 2 löv hә yә malikdir. Külәş topasının eni (1,4 m-ә dәk) lövhәlәr arasındakı mәsafәni dәyişmәklә tәnzimlәnir. Mәhsuldarlığı 7 ha/saat-a dәk, iş sürәti 12 km/saat-dır.
Ениня щидравлик дырмыг.
Чархлы-бармаглы дырмыг.
Роторлу дырмыг.