EPİSTOLYAR ƏDƏBİYYAT (yun. epistole – mәktub) – әvvәlcәdәn vә ya sonradan bәdii, yaxud publisistik nәsr kimi düşünülmüş vә geniş oxucu kütlәsi üçün nәzәrdә tutulmuş mәktublaşma. Belә mәktublaşma asanlıqla ikitәrәflilik xüsusiyyәtini itirәrәk şәrti, yaxud nominal ünvana göndәrilәn mәktublar silsilәsinә çevrilir. Lakin xәyali olsa da, mәhz ünvanlı olması E.ә.-ı qeydlәrdәn vә gündәlikdәn fәrqlәndirәn başlıca xüsusiyyәtdir. Antik dövrdә mәktublar әdәbi әsәr kimi yaradılırdı. Onların quruluş vә üslubu ritorika ilә müәyyәnlәşdirilirdi (Epikür vә Siseronun, Kiçik Plini, Katon vә Senekanın mәktubları). Bәzәn mәktublar nәzmlә yazılmış vә belәliklә, poetik janra çevrilәrәk (Horatsinin mәktubları), E.ә.-dan ayrılmışdır. Mәktublaşmanın üslub imkanlarının (danışıq dilinә yaxınlaşma, lirik sәtiraltı mәnalar, allüziyalar) düşünülmüş bәdii istifadәsi sofistlәrin E.ә.-ını (ritor Lesbonaksın erotik mәktubları, Alkifronun
epistolyar yazıları, komedioqraf Menandrın sevgilisi Qlikera ilә uydurma mәktublaşması) fәrqlәndirir. Mәktublar üçün sәciyyәvi olan didaktik әnәnә apostolların vә kilsә xadimlәrinin (Kiprian, Avqustin vә b.) mәktublarında başlıca funksiyaya çevrilmişdir. E.ә. Bizans publisistikasının әsas janrı olmuşdur: Feodor Studit, Nikolay Mistik, patriarx Fotinin mәktubları. Orta әsrlәr Avropasında monastırlararası yazışma açıq dini polemikaların başlıca forması idi. Orta әsrlәrin açıq polemika әnәnәsini M.Lüterin mәktubları davam etdirmişdir. 17–18 әsrlәrdә E.ә. intellektual ünsiyyәtә sәmimilik aşılayan vasitәyә çevrilmişdir (B.Paskalın “Əyalәt adamının mәktubları”, markiza de Sevinyenin mәktubları, Volterin yazışmaları, F.Çesterfildin “Oğluma mәktublar”ı). C.Sviftin ingilis sosial-psixoloji romanının başlanğıc tarixini әks etdirәn vә özәl mәktublar toplusundan ibarәt “Stella üçün gündәlik” әsәri xüsusi әhәmiyyәt kәsb edir. Ş.Monteskyönün qәsdәn uydurulmuş “İran mәktubları”n dan (1721) sonra Avropa әdәbiyyatında epistolyar roman vüsәt tapır: “Pamela” vә “Klarissa” (S.Riçardson), “Hamfri Klinkerin sәyahәti” (T.Smollett), “Yuliya, yaxud Yeni Eloiza” (J.J. Russo) vә s. Şәrqdә E.ә. “inşa” sәnәtinin bir hissәsi olan mәktublardan ibarәtdir. Pәhlәvi dilindә dövlәt idarәçiliyi, ictimai qaydaqanunlar, sosial hәyat haqqında mәktub şәklindә әsәrlәr yazılmışdır (әn qәdim nümunәsi Sasanilәr dövrünә aid “Mәktubyazma sәnәti haqqında” әsәrdir). Mәktubyazma islam dini meydana gәldikdәn sonra inkişaf etmәyә başlamış, Mәhәmmәd peyğәmbәr vә Raşidi xәlifәlәrinin sosial, didaktik mәzmunlu mәktubları dövrümü zәdәk gәlib çatmışdır. Əmәvi xәlifәsi Hişam bin Əbdülmәlik [724–743] dövründә mәktub formalı әsәrlәr risalә adlanmağa başlamış, sonralar bu adilk nümunәlәri mәktub formasında, yaxud konkret bir suala cavab olaraq yazıldığı üçün elmi vә әdәbi mövzulu monoqrafiyalara şamil edilmişdir. Elmi mövzuda yazışmalar әsasında yeni әsәrlәr meydana gәlmişdir (İbn Xәldunun “Şifa әs-sail”i, Mahmud Şәbüstәrinin “Gülşәni-raz”ı vә s.). Mәktublarda sәc (qafiyәli nәsr) üslubuna vә bәlağәt qanunlarına riayәt olunmuş, son ralar bu bacarıq tәrәssül adı ilә xüsusi bir sәnәt nö vünә çevrilmişdir. Əmәvi xәlifәsi Müaviyyә [661–680] dövründә sarayda “Divanür-rәsail” (mәktublar divanı) yara dılmış, tәrәssül sәnәtinin qaydalarından bәhs edәn әsәrlәr yazılmışdır: “Miftah ül-münşali hәdiqәt il-inşa” (“İnşa sәnәtindә sәnәtkarın açarı”, Ziyaәddin ibn әl-Əsir), “Hüsn üttәvәssül ila sinaәt it-tәrәssül” (“Tәrәssül sәnәtinә gözәl yiyәlәnmә”, Mahmud әl-Hәlәbi), “Sübh ül-Əşafi si naәtil-inşa” (“İnşa sәnәtindә gözün nurlanması”, Qәlqәşәndi) vә s. Cahiz, İbn Hәzm, İbn Zeydun, Əbül-әla әl-Mәәrri vә b.-nın әdәbi mәktubları dövrümüzәdәk gәlib çatmışdır. Sonralar rәsmi yazışmalar, fәrmanlar, fәthnamә, şikәstnamә, sövqәndnamә, tәhdnamә, şәhadәtnamә, әqdnamә, vәsiyyәtamә kimi yazılar E.ә.-ın bir hissәsinә çevrilmişdir. Sultan Mahmud Qәznәvi (10–11 әsrlәr), İmam Qәzzali (11 әsr), Rәşidәddin Vәtvat (12 әsr), Cәlalәddin Rumi (13 әsr), Rәşidәddin Fәzlullah, Əbdürrәhman Cami (14–15 әsrlәr) vә b.-nın mәktubları klassik dövrün әdәbi-bәdii mәktub nümunәlәridir. Azәrb. E.ә.-ı örnәklәrindәn Şah İsmayıl Xәtainin “Dәhnamә”, M.F.Axundzadәnin “Kәmalüddövlә mәktubları”, Ə.Haqverdiyevin “Xortdanın cәhәnnәm mәktubları” әsәrlәrini, S.Ə.Şirvaninin mәktublarını, 20 әsr әdәbiyyatında N.Babayevin “Oğluma mәktublar”ını göstәrmәk olar.