EPİTÁFİYA, k i t a b ә (epi… + yun. τάφιος – qәbir) – adәtәn, mәnzum şәkildә olan qәbirüstü yazı; mәrhuma müraciәt, yaxud mәrhumdan ötüb-keçәnlәrә müraciәt xarakterli kiçik şeir. Hәqiqi vә yalançı (şeir toplularına salınan şәrti sәciyyәli) E.-lar da var. Misir sarkofaqları vә sәrdabalarındakı yazılar әn qәdim E.-lar hesab oluna bilәr. Qәdim yunan E. nü munәlәri әdәbi-bәdii әhәmiyyәtә malikdir. E. antik epiqramın bir növü kimi meydana gәlmişdir (e.ә. 5
әsrdә Keoslu Simonid vә b.). Orta әsrlәrdә, İntibah vә klassisizm dövründә әdәbi-bәdii janr kimi istifadә olunmuşdur. Sonrakı dövrlәrdә aradan çıxmış, digәr E.-lara nisbәtәn yeni dövrün epiqramına yaxın olan parodik vә satirik E. öz mövcudluğunu saxlamışdır. Ən mәşhur E.-ların çoxu qәbirüstü yazı kimi nәzәrdә tutulmayıb, әdәbi abidә xarakteri daşıyır. Azәrb. әdәbiyyatında E.-nın qәbirüstü növü (kitabә) daha çox yayılmış dır. Əsasәn, qәzәl, mәsnәvi, rübai formasında olur. S.Ə.Şirvaninin qәbir daşı üçün öz qәzәlindәn seçilәn beyt, elәcә dә C.Cabbarlının öz qardaşının qәbirüstü abidәsi üçün yazdığı bәnd poetik cәhәtdәn qiymәtli E. nümunәlәridir. Ə.Vahid 120-dәn artıq E. yazmışdır.