EPİTELİ (epi... + yun. θηλή – süd vәzisi mәmәciyi), e p i t e l i t o x u m a s ı – 1) bәdәnin sәthini vә onun bütün boşluqlarını örtәn hüceyrә qatı. E. hәm dә
orqanizmin çoxlu vәzilәrini әmәlә gәtirir. E. hüceyrәlәri (örtük E.) nazik bazal membran üzәrindә yerlәşir, onlarda qan damarları yoxdur vә qidalanması yerlәşdiklәri birlәşdirici toxuma hesabına tәmin olunur. Morfoloji quruluşuna görә birqatlı vә çoxqatlı E. ayırd edilir. B i r q a t l ı E. bircәrgәli vә çoxcәrgәli ola bilәr. Bircәrgәli E.-dә bütün hüceyrәlәr eyni formalı – yastı, kubabәnzәr vә ya prizmayabәnzәr olur, onların nüvәsi bir sәviyyәdә uzanır, yәni bir sıradadır. Çoxcәrgәli E.-dә hematoksilin-eozinlә boyanan prizmayabәnzәr vә interpolyasiya olunmuş hüceyrәlәr fәrqlәndirilir. Ç o x q a t l ı E. buynuzlaşan, buynuzlaşmayan vә keçid olur. Buynuzlaşma prosesi gedәn E. çoxqatlı yastı buynuzlaşan E. adlanır. Buynuzlaşma olmadıqda çoxqatlı buynuzlaşmayan E. adlanır. K e ç i d E. güclü gәrilmәyә mәruz qalan orqanları – sidik kisәsi, sidik axarları vә s.-nin selikli qişasını örtür. Orqanın hәcmi genişlәndikdә E.-nin dә qalınlığı vә quruluşu dәyişir. Vәzi hüceyrәlәri – epitelial toxumanın bir növü olub, vәzili E. hüceyrәlәrindәn ibarәtdir vә bunlar tәkamül prosesindә sekret yaratmaq vә ifraz etmәk kimi mühüm xassә qazanmışlar. Belә hüceyrәlәr sekretor (vәzili) hüceyrәlәr – qlandulositlәr adlanır. Vәzili E. hüceyrәlәri dәri vәzilәrindә, bağırsaq vәzilәrindә, ağızsuyu vәzilәrindә, daxili sekresiya vәzilәrindә vә s. yerlәşir. E. hüceyrәlәri arasında sekretor
hüceyrәlәr olur vә onların 2 növü var: ekzokrin (sekretini xarici mühitә vә ya orqan boşluğuna ifraz edir), endokrin (sekretini bilavasitә qan cәrәyanına ifraz edir). 2) E. b i t k i l ә r d ә – bitkilәrin bәzi orqanlarını daxildәn örtәn nazikdivarlı parenxima ifrazedici hüceyrә qatı (mәs., iynәyarpaqlılarda qatran yolları).