EPİTET (yun. epitheton, hәrfi mәnası – әlavә) – 1) D i l ç i l i k d ә: obrazlı, bәdii tәyin. Qrammatik tәyindәn fәrqli olaraq, mәcaz növü hesab edilir (mәs., qoca dünya, ölü şәhәr vә s.). Dildә sabit şәkil almış vә sabit birlәşmәlәr tәrkibindә işlәnәn E.-lәr dә var (mәs., şirin söz, acı dil vә s.). 2) Ə d ә b i y y a t d a: bәdii tәsvir vasitәsi; ifadәni qüvvәtlәndirmәk üçün ona әlavә edilәn söz. Hәr hansı bir hadisә, şәxs, yaxud әşyanın sәciyyәvi әlamәtini tәyin edir. Şәrq poe tikasında vәsf, müasir Azәrb. әdәbiyyatında bәdii tәyin adlanır. Yazılı vә şifahi әdәbiyyatda çox işlәnәn şablon E.-lәrә müqәyyәd epitet deyilir.