Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EPİZOOTİK LİMFANGİT

    EPİZOOTİK LİMFANGİT (lat. Lymphangitis episootica), A f r i k a m a n q o s u, l i m f a d a m a r l a r ı n ı n e p i z o o t i k i l t i h a b ı – tәkdırnaqlı heyanların (atlar, qatırlar vә eşşәklәr) infeksion xәstәliyi. Dәridә qranulematoz proses, limfa damarları vә düyünlәrinin zәdәlәnmәsi ilә xarakterizә olunur. Törәdicisi Cryptococcus farciminosus göbәlәyidir. İnfeksiya törәdicisinin mәnbәyi E.l.-lә xәstәlәnmiş heyvanlardır. Törәdici zәdәlәnmiş dәridәn aerogen vә alimentar yollarla heyvan orqanizminә keçir. Cücülәr törәdicilәrin mexaniki daşıyıcılarıdır. İnkubasiya dövrü 1 aydan 3 ayadәk olur. E.l.-in xoşxassәli vә bәdxassәli formaları var. Xoşxassәli forma zamanı limfangit düyünlәr әvvәlcә dәrinin sәthindә, dәrialtı toxumada, bәzәn dә selikli qişada әmәlә gәlir. İltihab ocağı getdikcә böyüyür, irin axması sürәtlәnir, tәdricәn qanı axan yaralara çevrilir. Bәdxassәli forma zamanı isә tәkcә dәridә yox, dәrialtı toxumada, bәzәn
    qara ciyәrdә, ağ ciyәrdә, hәzm aparatı vә s. orqan vә toxumalarda әmәlә gәlir. Bu forma irintörәdәn infeksiyalar şәklindә ağırlaşmalar verir. Dәrialtı toxuma qanlı irinlә örtülür, çox vaxt piemiya vә ya sepsis inkişaf edir. Bu forma çәtin sağalır vә bәzәn dә heyvan tәlәf olur. Ölüm halları 10–20% tәşkil edir. P r o f i l a k t i k a s ı: atların saxlanması vә onlara qulluq zamanı baytarlıq-sanitariya tәdbirlәrinә ciddiriayәt etmәk, E.l.-li tәsәrrüfatda karantin qoymaq vә s. M ü a l i c ә s i: xәstә atları cәrrahi yolla (düyünlәrin, yaraların, limfa düyünlәrinin vә damarlarının çıxarılması) vә ya dәrmanla (akriflavin, ASD preparatı vә s.)
    müalicә etmәk, irinli limfa düyünlәrini vә yaraları ekstirpasiya edib sağlam toxumanın üzәrindәn 0,5 mm qalınlıqda qoparmaq, yaraya antiseptik dәrmanlar qoymaq, yaraları salisil turşusunun 20%-li spirtli mәhlulu, yod tinkturası vә s. ilә yumaq.
    Əd.: S ә f ә r o v K., S ә f ә r o v Y., Mәmmәdov T. Epizootologiya. B., 1971.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç