Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EPİZOOTİYA

    EPİZOOTİYA  (epi...  vә  yun.  ζῷον  –heyvan ) – müәyyәn әrazi üçün sәciyyәvi olan adi (sporadik) xәstәlik sәviyyәsini xeyli dәrәcәdә yüksәldәn geniş yayılmış yoluxucu heyvan xәstәliyi. E.-nın öyrәnilmәsi epizootologiya mәsәlәlәrinә aiddir. E. epizootik prosesin gәrginlik dәrәcәsini, yәni heyvanlar arasında yoluxucu xәstәliklәrin fasilәsiz yayılmasını vә mikrobdaşıyıcılığını sәciyyәlәndirir. E.-nın baş vermәsi yalnız epizootik zәncir tәşkil edәn qarşılıqlı әlaqәdar elementlәr kompleksinin olması şәraitindә mümkündür: infeksiya törәdicilәrinin  mәnbәyi  (xәstә  heyvan, yaxud mikrobdaşıyan heyvan), infeksiya törәdicisinin yoluxma faktoru (cansız tәbiәt obyektlәri), yaxud canlı daşıyıcılar, hәssas heyvanlar, E.-nın baş vermәsi vә inkişafina xarici mühit amillәrindәn tәbiәt (coğrafi, iqlim, torpaq) vә iqtisadi (tәsәrrüfat vә s.), hәmçinin ictimai fәlakәtlәr (müharibәlәr vә iqtisadi böhranlar) tәsir göstәrir. E.-nın xarakteri, onun davametmә müddәti infeksiya törәdicisinin ötürülmә mexanizmindәn, inkubasiya dövrünün müddәtindәn, xәstә vә hәssas heyvanların әlaqәsindәn, heyvanların saxlanma şәraitindәn vә E.-ya qarşı tәdbirlәrin sәmәrәliliyindәn asılıdır. Mәlum xәstәliklәr zamanı E. üçün onun kortәbii gedişi zamanı xüsusilә aydın tәzahür  edәn  dövriliyi  (bir  neçә  ildәn sonra), mövsümilik, inkişafın mәrhәlәsi xasdır. İnsanın fәal müdaxilәsi, E.-ya qarşı planlı tәdbirlәr aparılması xәstәliyin  qarşısını xeyli dәrәcәdә alır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç