Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EPİZOOTOLOGİYA

    EPİZOOTOLÓGİYA    (epizootiya    + ...logiya) – heyvanların yoluxucu xәstәliklәrinin әmәlәgәlmә, yayılma şәraiti vә yoxolma (sönmәsi) sәbәblәrini (yәni epizootik prosesin qanunauyğunluqları haqqında), onlarla mübarizә vә profilaktika üsullarını öyrәnәn baytarlıq elmi. E.-nın ümumi vә xüsusi şöbәlәri vardır. Yoluxucu xәstәlik törәdicilәri kәşf edilәndәn xeyli әvvәl epizootiyalarla mübarizә vә profilaktikanın empirik üsulları işlәnib hazırlanmışdı. 19 әsrin bakterioloji tәdqiqatları E.-nın elmi әsasını tәşkil edirdi. Heyvanların yoluxucu xәstәlik törәdicilәrini kәşf edәn, bu xәstәliklәrin diaqnostika vә profilaktikası üçün xüsusi preparatlar yaradılmasının elmi әsaslarını qoyan vә E.-nı bir elmi fәnn kimi formalaşdıran L.Paster, R.Kox, İ.İ.Meçnikov, D.İ.İvanovskinin tәdqiqatlarından sonra E.-nın әsl çiçәklәnmә dövrü başladı. E.-nın inkişafına, qarayaraya qarşı ilk vaksini yaradan L.S.Senkovski, X.İ.Gelman, malleini alan O.İ.Kalninq vә b. rus alimlәrinin böyük tәsiri olmuşdur. Heyvanların bir çox yoluxucu xәstәliklәrini öyrәnәn rus alimi S.N.Vışelesskinin rus E.-nın inkişafında xüsusi xidmәti olmuşdur. Müasir E.-nın әsas problemlәri epizootoloji prosesin dәqiq öyrәnilmәsi, heyvanların infeksion xәstәliklәri ilә mübarizә vә profilaktika tәdbirlәrinin işlәnib hazırlanması vә tәkmillәşdirilmәsi, zooantroponozlarla mübarizә, bir sıra xәstәliklәrin dövrilik  sәbәblәri,  mikrobdaşıyıcılıq  mәsәlәlәri, coğrafi E., epizootoloji terminlәrin unifikasiyası vә s. ibarәtdir. E.-nın inkişafı baytarlıq mikrobiologiyasının vә immunologiyanın inkişafı ilә sıx bağlıdır; o bu fәnlәrin tәdqiqat üsullarını tәtbiq edir. E. hәmçinin kliniki diaqnostika üsullarından, patoloji anatomiya, fiziologiya, terapiya mәlumatlarından istifadә edir, zoogigiyena, baytarlıq sanitariyası vә baytarlıq işinin tәşkili ilә birlikdә profilaktik vә epizootiyaya qarşı tәdbirlәr işlәyib hazırlayır.

    E. insan vә heyvanlar üçün ümumi olan xәstәliklәri epidemiologiya ilә sıx әlaqәdә öyrәnir. coğrafiya, k.t.-nın iqtisadiyyatı, hәmçinin zoologiya vә parazitologiya ilә bağlıdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç