DİAGENÉZ (yun. δια... – burada işin başa çatdırılmasını bildirәn söz önü + γένεσις – yaranma, mәnşә) – Yer qabığının üst zonasında dağ әmәlә gәtirәn qüvvәlәrin vә yerin daxili istiliyinin iştirakı olmadan, çökün- tülәrin süxurlara çevrilmәsinә şәrait yaradan kimyәvi, fiziki, biokimyәvi vә biol. proseslәr. D. anlayışını elmә 1888 ildә alman geoloqu V.Gümbel daxil etmişdir. O, D.-i çöküntünün ilk görkәmindәn metamorfik süxura çevrilmәsinәdәk olan bütün dәyişikliklәrin mәcmusu hesab etmişdir. Sonralar alman geoloqu Y.Valter, rus geoloqu A.Y.Fersman vә b. göstәrmişlәr ki, D. çöküntünün yalnız çökmә süxura çevrilmәsidir. Çökmә süxurun sonrakı dәyişikliklәri katagenez vә metagenez mәrhәlәlәrinә daxildir. D.-dә çöküntünün tәrkib hissәsi ilә әtraf mühit bir-birinә tәsir edir vә onların arasında fiziki-kimyәvi tarazlıq pozulur. D.-ә çöküntülәrin sıxlaşması, susuzlaşması, sementlәşmәsi, qismәn kristallaşması vә s. aiddir.