DİAXÇAY MİS-PORFİR YATAĞI – Azәrb. Resp. Ordubad r-nu (Nax. MR) әrazisindә, Nüsnüs k.-ndәn 1,5 km şm.-ş.-dә, Zәngәzur silsilәsinin c.-q. yamacında, dәniz sәviyyәsindәn 2000–2500 m hünd.-dәdir. Mehri-Ordubad plutonunun iki intruziv kompleksinin – qabbro-qranodiorit vә monsonit-qranodiorit-porfirin tәmasında yerlәşir. Geol. quruluşunda qabbro, qabbro-diorit, diorit, qranodiorit, kvars-siyenitdiorit süxurları, hәmçinin qranodiorit-porfir daykaları iştirak edir. İki texnoloji filiz tipi (ştokverk vә damar) mәlumdur. Ştokverk tipli filizlәrdә mis 0,06–2,25%, molibden 0,01–0,31%, damar tipli filizlәrdә mis 0,01–0,85%, molibden 0,01–0,27%-dir. Әsas filiz mineralları: pirit, xalkopirit, molibdenit, misin törәmә mineralları.