EPLTON (Appleton) Eduard Viktor (6.9. 1892, Bradford, Yorkşir – 21.4.1965, Edinburq) – ingilis fiziki, London Kral Cәmiyyәtinin üzvü (1927). Nobel mükafatı laureatı (1947). Kembric Un-tini bitirib (1914). London (1924–36), Kembric (1936–39) un-tlәrinin prof., B.Britaniyanın elmi tәdqiqatlar dep.-tinin katibi (1939–49), Edinburq Un- tinin rektoru olmuşdur (1949).
Əsas işlәri radiofizikaya vә geofizikaya, әsasәn, radiodalğaların yayılması vә sönmәsinin tәdqiqinә aiddir. Atm.-dә radiodalğaların әksolması (qayıtması) hadisәlәrini eksperimental olaraq araşdırmışdır. İonosferi kәşf etmiş (1924), 1926 ildә isә ionosferdә üst әksetdirici qatı (E. qatı vә ya Hevisayd qatı) müәyyәnlәşdirmişdir. Yuxarı atm.-dә müxtәlif qatlarda әksedәn ionlaşma sıxlığını öyrәnәrәk, 1927 ildә ionosferin maqnition nәzәriyyәsini yaratmışdır. Radarın inkişafına töhfәlәr vermişdir.