Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EPOKSİD QATRANLARI

    EPOKSİD   QATRANLARI   –   molekulunda  bir  vә  ya  daha  çox  qlisidil

    tәsirindәn tikili (torvarı) polimerlәrә çevrilmәk  qabiliyyәtinә  malikdir.  Epoksid qrupları alifatik silsilәdә, yaxud zәncirdә,  qlisidil qrupları isә çox vaxt zәncirin sonunda olur. Molekulunda qlisidil qrupları saxlayan E.q. epixlorhidrindәn (bәzәn qlisidoldan) vә tәrkibindә fәal hidrogen atomu olan birlәşmәlәrdәn (spirtlәr, fenollar, tiofenollar, karbon turşuları, aminlәr, amidlәr vә s.) sintez edilir. 2,2-di (4-hidroksifenil) propan (difenilpropan, dian, bisfenol A) әsasında alınan dian E.q. daha geniş yayılmışdır.

    Dian E.q. rәngi açıq sarıdan qәhvәyiyәdәk dәyişәn özlü maye vә ya bәrk, kövrәk maddәlәrdir; toluol, ksilol, aseton, metiletilketon, metilizobutilketon vә onların spirtlәrlә qarışığında hәll olur. Alifatik tsikllәrdә vә ya zәncirlәrdә epoksid qrupları olan digәr E.q. doymamış birlәşmәlәrin perturşularla (mәs., persirkә turşusu ilә) epoksidlәşmәsindәn alınır. Tetrahidrobenzoy turşusu, tetrahidrobenzil efiri, ditsiklopentenil efiri vә 4-viniltsikloheksenin diepoksidlәri, divinilin epoksidlәşmiş oliqomerlәri mühüm praktik әhәmiyyәt kәsb edir. Onlar әksәr polyar hәlledicilәrdә hәllolan yüksәk özlü mayelәrdir.

    E.q.-nın aşağı vә yüksәktemperaturlu bәrkimә proseslәri ayırd edilir. Aşağı temp-rda (“soyuqda”) bәrkimә, adәtәn, alifatik poliaminlәrdәn vә ya onların fenol, formaldehid vә çoxәsaslı turşularla kondenslәşmә mәhsullarından  istifadә  edilmәklә aparılır. Yüksәktemperaturlu (“istidә”) bәrkimә zamanı әsas bәrkidicilәr kimi aromatik poliaminlәr, fenol- vә karbamidal- dehid qatranları, di- vә polikarbon turşuları, elәcә dә onların anhidridlәri işlәnir. Katalizator kimi bәzәn az uçucu üçlü aminlәr vә onların duzları istifadә olunur. İsti bәrkimә 100–300°C-dә bir neçә saniyә (nazik tәbәqәlәrdә) vә ya bir neçә saat әrzindә aparılır. E.q. lak-boya materialların, yapışqanların, çox möhkәm armaturlanmış plastiklәrin әsası kimi, abraziv vә friksion materialların, polimer betonların, kiplәşdiricilәrin vә s. hazırlanmasında tәtbiq edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç