EPOKSİDLƏŞMƏ – olefinlәrin ikiqat rabitәsinin epoksid (oksiran) halqasına çevrilmәsi. E. bir qayda olaraq oksidlәşdiricilәrin (perturşuların, gümüş katalizatorların iştirakında hava oksigeninin, üçlübutilhidroperoksidin, xromat turşusunun vә s.) kömәyi ilә hәyata keçirilir. a, b- doymamış karbonil birlәşmәlәrinin E.-si üçün qәlәvi mühitdә H2O2 istifadә olunur.
Bәzәn “E.” termini oksigen atomunun karbon–karbon rabitәsinә deyil, çoxqat rabitәyә, karbon ilә qeyri-karbon rabitәsinә (mәs., C = N) daxil edilmәsi reaksiyalarına aid edilir.